"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Millət vəkili Heydər Əliyev, Rəsulzadə və Elçibəy adına universitetlərin yaradılmasını təklif edib

30 İyun 2017 - 14:22
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

millet vekili heyder eliyev resulzade ve elcibey adina universitetlerin yaradilmasini teklif edib

Millət vəkili Qüdrət Həsənquliyev Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını daşıyan üç universitetin yaradılması təklifi ilə çıxış edib.

 

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, gələn il Heydər Əliyevin anadan olmasının 95, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135, Əbülfəz Elçibəyin anadan olmasının isə 80 illiyi qeyd olunacaq.

 

“Azərbaycanda universitetlərin sayı digər ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Eyni zamanda, ölkəmiz tələbə və alimlərin sayına görə də digər ölkələrdən geri qalır. Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, yeni universitetlər yaradılmalıdır.

 

Təklif edirəm ki, hər üç şəxsiyyətin adı ilə bağlı yeni universitetlər açılsın. Bununla, həm də onların ruhu şad olar.

 

Vaxtilə Heydər Əliyev Əbülfəz Elçibəyə ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi, Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə, ona olan tarixi münasibətini göstərdi. Odur ki, bu təklif reallaşdırılarsa, yaxşı olar”.

 

Millət vəkili Siyavuş Novruzov isə Heydər Əliyevi digər şəxslərlə müqayisə etməyin düzgün olmadığını deyib: “Adların əbədiləşdirilməsinə gəldikdə, buna fərqli yanaşmaq lazımdır. Yeni Azərbaycan Partiyası xidməti olan hər kəsin xidmətini yüksək qiymətləndirir və onların adının əbədiləşdirilməsinin tərəfdarıdır. Lakin həmkarım Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq, Ulu Öndərin digərləri ilə müqayisə edilməsi düzgün deyil.

 

Çünki Ulu Öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, separatizmin tüğyan etdiyi, ölkənin müstəqilliyi təhlükə altında olduğu zamanda Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə, tək Azərbaycanı deyil, eyni zamanda o vaxt hakimiyyətdə, bu gün isə müxalifətdə olanları da xilas etmiş oldu. Sürət Hüseynovun “Azadlıq” meydanında dar ağacları quracağı və o ağaclardan kimlərin asılacağı barədə dedikləri hamıya bəllidir. Odur ki, Ümummilli Lider müxalifətdə olanları da xilas etdi. Buna görə də Ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İyul ayında neçə dərəcə isti olacaq? – Proqnoz

Next Post

Səlahiyyət müddəti bitən 11 hakimlə bağlı qərar verildi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Səlahiyyət müddəti bitən 11 hakimlə bağlı qərar verildi

Bakıda ərəb turistin başına iş gəldi - Hamamda...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.