"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Millət vəkili: “Zəfər yürüşü Lələtəpədən başladı…”

04 Oktyabr 2022 - 16:39
in ÖNƏMLİ

“II Qarabağ müharibəsinin ən əhəmiyyətli günlərindən biri də 4 oktyabr tarixidir. 2020-ci ilin məhz bu günü, oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin elə birinci həftəsində şəhər və rayon mərkəzi azad edildi”.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov Feysbuk hesabında qeyd edib.

Deputat Cəbrayılın işğalı dövründə bu rayonda ermənilərin törətdikləri vəhşiliklərdən danışaraq deyib:

“Ermənistan ordusu 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində indiyədək misli görünməmiş vəhşiliklər, vandalizm əməlləri törətmişlər. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra böyük dağıntılara məruz qalıb. İşğal zamanı 52000 nəfər əhalisi olan Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğala qədər rayonda mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı vəhşicəsinə dağıdılıb. Erməni vandalları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmış, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətmiş və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçirmişlər. Yerli sakinlər isə dədə-baba yurdlarından didərgin salınaraq ölkənin 58 rayonunda çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmış, məcburi köçkün statusunda yaşamağa məcbur olmuşlar. İşğal nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir”.

K.Qafarov Cəbrayıl şəhərinin azad olunmasının Vətən müharibəsinin sonrakı gedişinə təsiri baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Deputat bildirib ki, Cəbrayıl əməliyyatı ordumuzun 44 günlük Zəfər yürüşündə atdığı ilk addım olub:

“Cəbrayılın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə təsir baxımından çox önəmli hadisə idi. Bu tarixi qələbədən düz bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Artlq müharibənin ilk günündə Cəbrayılın iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndləri erməni işğalçılarından təmizlənmişdi. Oktyabrın 3-də isə Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Təbii ki, bu qələbələr şanlı ordumuza əlavə güc verdi. Nəhayət, oktyabrın 4-də Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu və bundan sonra o vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində Azərbaycan Ordusunun uğurlu hücumları mümkün oldu”.

Millət vəkili qeyd edib ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə qazanıb:

“Əslində Cəbrayıl uğrunda döyüşlər, faktiki olaraq, Vətən müharibəsindən dörd il əvvəl başlamışdı. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənmiş və Azərbaycan Ordusu Cocuq Mərcanlı kəndini tam nəzarəti altına almışdı. Dövlət başçımızın dediyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra artıq Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Məhz bu qələbə nəticəsində Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Nəhayət, ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlarına Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıya qayıdışla başlayıb. Buna görə də 2016-cı ilin Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı tarixi qələbəsi kimi qeyd olunur”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hulusi Akar Azərbaycana gəlib – FOTO

Next Post

Magistraturaya qəbul imtahanlarına dəyişiklik ediləcək

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Magistraturaya qəbul imtahanlarına dəyişiklik ediləcək

Magistraturaya qəbul imtahanlarına dəyişiklik ediləcək

Qarabağ Rusiya üçün Donbas olmamalıdır

Qarabağ Rusiya üçün Donbas olmamalıdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.