"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Millət vəkilindən ilginc açıqlama: “Hansısa məmur situasiyadan istifadə edə bilər”

17 Fevral 2016 - 21:49
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Fəzail Ağamalı: “Elə icra başçıları var ki, özlərini padşah kimi aparırlar. Artıq, ölkə başçısının iradəsi ortalıqdadır və sistemli şəkildə bu cür hallara qarşı mübarizənin aparılması gedir”

Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanuna və “İctimai şuraların fəaliyyəti haqqında” Əsasnaməyə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan İctimai Şuraların həmin qurumların nəzarətindən çıxarılması təklif olunur. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fevralın 15-də keçirilən birgə iclasında ictimai müzakirəyə çıxarılan “İctimai nəzarət haqqında” qanun layihəsində əksini tapıb.
Şura tərəfindən hazırlanan qanun layihəsinə əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyəti müvafiq orqan tərəfindən əlaqələndiriləcək. Bununla bağlı Sputnik-in suallarını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırıb:

– Fəzail müəllim, ictimai şuraların fəaliyyətinin əlaqələndirilməsinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə olunması onun yerli icra strukturlarından asılığına necə təsir edəcək?

– Söhbət ondan gedir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarət genişlənsin. Orada neqativ halların, bürokratik əngəllərin, korrupsiya və rüşvətxorluq amillərinin aradan qaldırılması təmin olunsun. Bütün bu neqativ halların səviyyəsi minimuma endirilsin. Orada vətəndaş cəmiyyəti Azərbaycanın idarəçilik sisteminə daha geniş şəkildə cəlb olunsun. Bu, bötüvlükdə dövlətimizin güclənməsi və vətəndaşlarla icra strukturları arasındakı normal münasibətlərin inkişafı üçün lazımdır. Bu heç də ictimai nəzarət sistemini həyata keçirən şuraların yerli və mərkəzi icra strukturlarından asılı vəziyyətə gətirilməsi anlamına gəlməməlidir. Əksinə, heç bir halda yerli və mərkəzi icra orqanlarının nəzdində formalaşmalı deyil. Onların iştirakı olmadan elə bir struktur yaradılmalıdır ki, onların ümumi fəaliyyətinə ictimai nəzarət həyata keçirilsin. Bu, vətəndaşalarla icra strukturları arasındakı münasibətlərdə özünü göstərə biləcək neqativ halların qarşısını almağa xidmət edən bir addımdır.

-Sizcə, bununla yarana biləcək asılılığın qarşısını almaq mümkündür?

– Bu gün dövlətimizə, xalqımıza sədaqətlə xidmət eləyən, Azərbaycan qanunları çərçivəsində dövlətçiliyimizə töhfələr verən nazirliklər və nazirlər, eyni zamanda yerli icra strukturları var. Lakin, bəzi hallarda xoşagəlməz meyllər əmələ gəlir ki, bu da ölkə Prezidenti tərəfindən dəfələrlə önə çəkilib. MTN ilə bağlı hadisələr göz önündədir. İndi istisna olunmur ki, yenə də hansısa məmur yaranmış situasiyadan öz məqsədləri üçün sui-istifadə eləyə bilər, insanları incidə bilər. Məsələn, xüsusi olaraq bəzi yerli icra başçıaları özlərini həmin rayonun ağası kimi, padşahı kimi aparırlar. Bu kütləvi deyil. Lakin, belələri var. Artıq, ölkə başçısının iradəsi ortalıqdadır və sistemli şəkildə bu cür hallara qarşı mübarizənin aparılması gedir.

– İctimai şuraların tərkibinə siyasi partiyalar, qeyri-hökümət təşkilatları və ictimaiyyət nümayəndələrinin cəlb olunması necə, bu şuraların aktivliyini artıra bilərmi?

– Məsələn, mən orada siyasi partiyanın iştirakını o qədər də məqbul hesab eləmirəm. Çünki, orada dərhal siyasi məqamlar yarana bilər. Motiv başqa ola bilər. Ancaq, faktiki olaraq bu gün real təcrübəmiz var. İctimai şuralarda daha fəal şəkildə KİV və QHT təmsilçiləri iştirak edə bilərlər. Mənim fikrimcə, ictimai şuralara KİV və QHT nümayəndələrinin daxil olması kifayət edər. Onların fəaliyyətinin hesabatı isə Milli Məclis səviyyəsində olmalıdır. Bu, imkan verər ki, bu və ya digər neqativ hallar kütləviləşsin, ictimailəşsin, onların qarşısı daha ciddi şəkildə alına bilsin.

– İctimai şuraların mərkəzi və yerli icra hakimiyyətlərindən kənarda yaradılması və tam müstəqil şəkildə fəaliyyət göstərməyi ilə də bağlı fikirlər səslənib. Sizin bu fikrə münasibətinz necədir?

– Bəli, mən o fikrə müsbət yanaşıram. Əslində, şuralar yerli və mərkəzi icra hakimiyyəti orqanlarından asılı olmalı deyil. Tam sərbəst şəkildə fəaiyyət göstərməlidir. Fəaliyyətini çox şəffaf qurmalıdır və davam etdirməlidir. Ona görə də bunların tərkibinə təmiz, vicdanlı, qərərsiz, obyektiv, xalqına, dövlətinə sədaqətli adamlar daxil olmalıdır.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Gəncəyə səfərini ləğv etdi…

Next Post

Hakimiyyətdən Qubad İbadoğlunun təkliflərinə müsbət – Cavab

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Hakimiyyətdən Qubad İbadoğlunun təkliflərinə müsbət - Cavab

Bu diski 13.8 milyard il saxlamaq olar - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.