Fransanın təhlükəsizliyinin təminatı üçün Şengen zonası dərhal ləğv edilməlidir.
Bunu LCİ radiosuna müsahibəsində Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen söyləyib.
Onun sözlərinə görə, Fransanın AB tərkibindən çıxması üçün çox bəhanəsi var.
Qeyd edək ki, Marin Le Pen hökumətdən Britaniyaya bənzər referendumun keçirilməsini istəyib. Siyasətçinin bu tələbinə hökumət etiraz edib.




