"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Millətininin unutmayacağı Böyük Türk”

10 Noyabr 2014 - 15:33
in KÖŞƏ YAZILARI

“Çox sevdiyim millətim məni unudarsa, ruhuma bundan böyük əziyyət olmaz”.25585

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 Mustafa Kamal Atatürk

Niyə Atatürk? Türk milləti niyə unutmur Onu? Tam yüz ildir ki, meydana çıxdığı vaxtdan günümüzə qədər düşmənləri, rəqibi həmişə Onu unutdurmağa, tarixdən silməyə çalışdılar. Gördüyü işləri gözdən salmaq üçün qırx dərədən su gətirdilər. Amma bacarmadılar …

Çünki O, Fatehtən sonra dövran qapadıb, dövran yaradan liderdir …

Yalnız Türkiyədə deyil, yaxın və orta şərq üçün dövran dəyişdirən şəxsiyyətdir Atatürk …

İctimai həyatda feodalizmi yıxan bir liderdir …

O, Türk insanına bərabərliyi, birliyi gətirən Öndər …

“Suverenlik xalqındır” deyərək, xalq və millət suverenliyinin hakim olduğu, birlik dövlətini qurmuşdur …

Bir dövlətin sərhədləri daxilində yaşananları birlik halına gətirməyə çalışmışdır.

Yəni Türk birliyinə Türklüyünü ilk bildirən və onunla öyünməsini öyrədən O olmuşdur.

“Nə Mutlu Türküm deyənə” sözünü bütün dünyaya və xalqına eşitdirmişdir. Mustafa Kamal, “Nə xoşbəxt Türk olana” deyil, “Nə xoşbəxt Türkəm deyərək” və Türk Millətini, “Razılaşmanı Milli sərhədləri çərçivəsində Türkiyə Respublikasını quran xalqa Türk Milləti deyilir” deyə, demokratik millətçiliyin də təməllərini qoymuşdur.

Osmanlı kimi böyük imperatorluğun hüquqi bərabərliyini O, reallaşdırmışdır …

Ailə inqilabının təməlini O, atmışdır …

Osmanlının əcnəbiyə satdığı dəmiryollarını, limanları və bütün mühüm əhəmiyyətli yerləri son qəpiyinə qədər ödəyərək, dövlətinə qaytaran şəxsiyyətdir Atatürk! …

Hava müdafiəsi, dəmiryolu şəbəkələri, şəkər fabrikləri, Türk Telsiz Telefon Şirkəti, Təyyarə İzləmə Mərkəzi, Dövlət Hava yolları Baş İdarəsi Onun liderliyi ilə quruldu.

Qəribədir, deyilmi? Dövrümüzün Türkiyəsində Türk Telekom xaricilərə satılarkən Atatürk, İzmir Telefon Şirkətini belə xaricilərə verməyərək, satın aldı.

Bəli! Atatürk məmləkətin heç bir təşkilatını əcnəbiyə satmadı … Tam əksi, satılanı geri aldı. Bu zaman da heç bir ölkəyə borclu qalmadan, öz imkanalrı ilə aldı hamısını …

Aşağıda yazdıqlarım Onun geri aldıqlarının yalnız kiçik bir hissəsidir:

Atatürkün rəhbərliyi dönəmində:

“Kozlu Kömür Mədəni” xaricilərdən satın alındı.

“İzmir havaqazı Şirkəti” xaricilərdən satın alındı.

“İstanbul Telefon Şirkəti” xaricilərdən satın alındı.

“Anadolu Dəmiryolu Şirkəti” xaricilərdən satın alındı.

“Heydərpaşa Limanı” xaricilərdən satın alındı.

“İzmir Rıhtım işlətməsi” xaricilərdən satın alındı.

“İzmir -Kasaba dəmiryolu” xaricilərdən alınaraq dövlətin balansına verildi.

Belə bir lider idi Atatürk!

Öz imkanlarını dövlətinə hədiyyə edən, dövlətinin bütün borclarını ödəyən, yıxılmış bir imperatorluqdan güclü Türkiyə yaradan liderdir, Mustafa Kamal Atatürk!

Dövlət qurulur, Osmanlıdan qalan borclar ödənilir, borclar ödənilərkən xarici borc alınmır, bu arada dünya böyük iqtisadi böhranını yaşayır, II Dünya Müharibəsi baş verir. Amma Türkiyə dimdik ayaqda … Türkiyənin bu olaylardan təsirlənməməsinin tək səbəbkarı var: Mustafa Kamal Atatürk! …

Bunun üçün düşməni sevməsə belə hörmət duyar …

Bunun üçün Onu bilən hər kəs bu gün hüzünlüdür …

Bunun üçün nə qədər çalışsalar da, Onu Türk Millətinin ürəyindən silə bilmirlər …

10 noyabr 1938-ci ildə fransız jurnalist Pierre Dominique yazırdı: “Bu günün Türkləri, əsrlər əvvəl Avropanı titrədən canlı millət səviyyəsinə çatmışdır. Və bu axşam O böyük ölünün başında gözləyən Türkiyə, güclü və dipdiri Türkiyədir “.

Atatürk özünü millətinə həsr etmiş, Osmanlının küllərindən güclü bir dövlət quraraq, Tanrı dağına yüksələn bir lider idi …

Bəlkə əsrlərlə belə bir lider yetişməyəcək …

Amma tarix boyu Atatürk həmişə ürəyimizinin başında olacaq ….

Onu silməyə çalışanlara baxmayaraq Türk Milləti və Türk Dünyası heç bir zaman liderini tək buraxmayacaq …

Türk milləti var olduqca, Atatürk sonsuza qədər yaşayacaq …

(Aktual.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zakir Həsənov Moskvaya getdi

Next Post

5 ən güclü ordu

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

5 ən güclü ordu

NATO Qarabağın həlli prinsiplərini dəstəkləyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.