UEFA Millətlər Liqasının yarımfinalında İspaniya İtaliyanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Matadors finalda Xorvatiya ilə qarşılaşacaq.
Elchi.az xəbər verir ki, UEFA Millətlər Liqasının yarımfinalında İspaniya və İtaliya finala çıxmaq üçün üz-üzə gəlib.İspaniya İtaliyanı 2-1 hesabı ilə məğlub edərək Millətlər Liqasının finalına yüksəlməyi bacarıb.
Matadorlara qələbə qazandıran qolları 3-cü dəqiqədə “Yeremi Pino” və 88-ci dəqiqədə “Xoselu vurub”. Göy mavilərinin yeganə xalını 11-ci dəqiqədə “Çiro İmmobile”nin penalti zərbəsi vurdu. Qarşılaşma zamanı 90 dəqiqə meydanda qalan “Qalatasaray”ın futbolçusu “Nikolo Zaniolo” İmmobilenin tora göndərdiyi penaltiyə imza atan ad olub.
Bu il üçüncü dəfə keçirilən Millətlər Liqasının final oyununda İspaniya və Xorvatiya kuboku öz muzeylərinə aparmaq üçün meydana çıxacaq.
Final oyunu 18 iyun bazar günü saat 21:45-də oynanılacaq. Hollandiya və İtaliya 18 iyun bazar günü saat 16:00-da üçüncü yer uğrunda görüşdə üz-üzə gələcək.
UEFA Millətlər Liqasında daha əvvəl xoşbəxt sona çatmağı bacaran komandalar Portuqaliya və Fransa idi.
Nuranə Məmmədova




