"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Kino Gününə həsr olunmuş geniş tədbir

31 İyul 2015 - 20:02
in MƏDƏNİYYƏT

140313_4423Bu gün Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, kino sahəsində görülən işlərdən bəhs edən qısametrajlı filmin nümayişindən sonra çıxış edən mədəniyyət və turizm nazirin müavini Ədalət Vəliyev bildirib ki, Azərbaycan son illər digər sahələrdə olduğu kimi, mədəniyyət sahələrində də böyük uğurlara imza atır.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Onun sözlərinə görə, ölkənin kino sənayesi yenidən qurulub: “Kino da ölkəmizin inkişaf edən sahələrindəndir. Biz bəzən narazı qalırıq ki, yaxşı kinolarımız niyə azdır? Amma əslində bu işlə məşğul olan adamlara hər şey aydındır. Çünki Azərbaycan kinosu son illər daha da inkişaf edib. Bu gün Azərbaycan kinolarının səs-sorağı beynəlxalq festivallardan gəlir. Kino sənayesi yenidən qurulub, filmlərimiz Azərbaycana baş ucalığı gətirən mükafatlara layiq görülür. Filmlərimizin bir neçə xarici dillərdə tamaşaçılara təqdim olunması, özəl kinoteatrların artması kinoya olan maraqdan irəli gəlir. Bu gün kino sənayesi ilə məşğul olan gənc kadrlar da meydana gəlib. Bu baxımdan biz kinomuzun daha da inkişaf etdiyini əminliklə deyə bilərik”.

Sonra kino sahəsindəki fəaliyyətlərinə görə, 4 nəfərə Fəxri Mədəniyyət İşçisi döş nişanı təqdim edilib, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə kinostudiyanın işçiləri mükafatlandırılıb.
Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova çıxışı zamanı kino işçilərinin peşə bayramını təbrik edərək, ittifaqın bir neçə kino işçisini pul mükafatı ilə təltif etdiyini bildirib.
Sonra C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər motivləri” adlı kinoalmanax təqdim edilib. Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihə əvvəlcə “Motivlər…” adı ilə lentə alınıb.
“4.1 şəhər motivləri” almanaxına “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “20-ci mərtəbə” (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi ev, 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və “Zabitin şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir. Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu il dövlət qeydiyyatına alınan dini icmaların sayı açıqlanıb – Rəsmi

Next Post

Ermənistanda həyatından bezənlərin sayı artıb

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Ermənistanda həyatından bezənlərin sayı artıb

Litvinenkonun ailəsi ittiham etdi: "Qətl sifarişini Putin verib"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.