Bu gün “Avro-2016″nın seçmə mərhələsində 8-ci turun oyunlarına start verilib.
“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması da növbəti matçına çıxacaq.
Robert Prosineçkinin komandası səfərdə qrupumuzun autsayderi Maltanın qonağı olacaq. Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn komandamız eyni uğuru səfərdə də təkrarlamağa çalışacaq.
Son oyunda Bakıda Xorvatiya ilə 0:0 bərabərə qalan millimiz bu görüşün favoriti hesab olunur. Lakin aktivində cəmi 1 xalı olan Malta da doğma azarkeşləri önündə sərfəli nəticə qazanmaq niyyətindədir. Maltanın yığmamıza necə müqavimət göstərəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Malta – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
***
Oyunun 37-ci dəqiqəsində millimizin üzvü Rahid Əmirquliyev rəqib komandanın qapısına qol vurdu, hesab 1:0.
***
Oyunun 55-ci dəqiqəsində rəqib komandanın üzvü Mifsud millimizin qapısına qol vurdu, hesab1:1.
***
Oyunun 70-ci dəqiqəsində Malta yığmasının futbolçusu Effionq millimizin qapısına qol vurub. Hesab,2:1.
***
Azərbaycan-Malta qarşılaşmasında millimizin üzvü Rahid Əmirquliyev rəqib komandanın qapısına qol vurdu, hesab 2:2.
“Avro-2016″nın seçmə mərhələsi, 8-ci tur
21:00. Malta – Azərbaycan – 0:1 (Birinci hissə)
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Ştaudinger, Andreas Haydenrayx (hamısı Avstriya)
Ta Qali Milli Stadionu.
Malta: Hogg, Aleks Muskat, Agius, Borg, Kamilleri, Failla, Briffa, Roven Muskat, Mifsud (k), Şembri, Effionq
Ehtiyat oyunçular: Bonello, Haber, Baldacchino, Zerafa, Sciberras, Klude Borg, Kristensen, Zaç Muskat, Kohen, Triganza Vella, Pisani
Azərbaycan: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Tağıyev, Əfran İsmayılov, Ruslan Qurbanov, Dmitri Nazarov
Ehtiyat oyunçular: Aqil Məmmədov, Səlahət Ağayev,Məhəmməd Qurbanov, Pavel Paşayev, Ruslan Abışov, Tərlan Quliyev, Rəşad Sadiqov, Araz Abdullayev, Eddi İsrafilov, Rauf Əliyev, Vüqar Nadirov, Elnur Cəfərov



