"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Məclis Aparatının yeni rəhbəri kimdir? – DOSYE

17 May 2022 - 12:40
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara dəstək vermək və parlament Aparatının fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə islahatlar gerçəkləşdirilir.

Prezident İlham Əliyevin gənc, bacarıqlı kadrların rəhbər vəzifələrə irəli çəkilməsi ilə bağlı müvafiq tövsiyəsinə uyğun olaraq, bir çox gənc kadrlar parlament Aparatında müvafiq vəzifələrə təyin olunublar.

Elchi.az -ın məlumatına görə, növbəti belə təyinat bu gün gerçəkləşib. Fərid Famil oğlu Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin edilib.

O, bu təyinatadək Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Fərid Hacıyevin Milli Məclis Aparatının rəhbəri təyin olunması da ölkəmizdə həyata keçirilən dövlət siyasətinin və yeni kadr islahatları çərçivəsində bacarıqlı və istedadlı gənclərin yüksək dövlət vəzifələrinə irəli çəkilməsi ilə bağlı Prezident tövsiyəsinin həyata keçirilməsinin növbəti nümunəsidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursunun mühüm bir istiqamətini kadr dəyişiklikləri təşkil edir. Peşəkar, bacarıqlı kadrların yüksək vəzifələrə təyin olunması ölkəmizdə idarəetmənin daha da təkmilləşdirilməsi, müasir dövrün tələblərindən irəli gələn uğurlu kadr siyasətinin həyata keçirilməsinə imkan verib.

Bu islahatlar çərçivəsində həm müxtəlif vəzifələrdə təcrübə qazanmış, müəyyən uğurlu fəaliyyət yolu keçmiş kadrlar vəzifələrdə irəli çəkilir, həm də bacarıqlı, savadlı gənclərə böyük meydan verilir.

Dövlət idarəetmə sistemində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi Azərbaycan cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, ölkənin inkişafında gənclərə inam və etibarın artmasına xidmət edir. Eyni zamanda, bu gün istər idarəetmə sahəsində, istərsə də sosial-iqtisadi, elmi-mədəni və ictimai həyatda gənc kadrların yüksək vəzifələrə təyin olunması ölkəmizin ümumi inkişafının təmin olunmasına da töhfə verir.

Modern.az saytı Milli Məclis Aparatının yeni rəhbərinin tərcümeyi-halını təqdim edir:

Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini 23 saylı orta məktəbdə alıb, daha sonra yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.

Fərid Hacıyev çox gənc yaşlarında – Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən Milli Məclisdə fəaliyyət göstərməyə başlayıb və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. TürkPA əməkdaşlığı çərçivəsində bir neçə model qanunun müəllifidir. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil edib və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib.

F.Hacıyev Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən “Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası” layihəsində parlament Aparatını təmsil edir.

Fərid Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kremlin sözçüsü: “Rusiyanı təcrid etmək mümkün deyil”

Next Post

Peskov Rusiyanın məğlub olmayacağını ANONS ETDİ

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Peskov Rusiyanın məğlub olmayacağını ANONS ETDİ

Peskov Rusiyanın məğlub olmayacağını ANONS ETDİ

Mustafa Şentop Bakıda şəhidləri andı – FOTO

Mustafa Şentop Bakıda şəhidləri andı - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.