"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Məclis Avropa Parlamenti ilə barışdı

30 Sentyabr 2016 - 23:55
in XƏBƏR LENTİ

Milli Məclis Avropa Parlamenti ilə yenidən əməkdaşlıq edilməsi barədə qərar qəbul edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Layihəni təqdim edən MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamenti ötən il Azərbaycanla bağlı qərəzli qərar qəbul etdikdən sonra ötən 1 il ərzində avroparlamentarilər rəsmi və qeyri-rəsmi şəkildə bu münasibəti bərpa etməyə çalışıblar, amma Azərbaycan deputatlarından heç kim onlarla ünsiyyətdə olmayıb:

“Onlara bir fikir çatdırılıb ki, Azərbaycanla bağlı öz münasibətlərində çox ciddi dəyişiklik etməlidirlər. Biz dedik ki, Azərbaycanla ikitərəfli münasibətlərin bərpasını istəyirlərsə, Avropa Parlamentinin rəhbərliyi tərəfindən mandat əldə etmiş nümayəndə heyəti göndərməlidirlər. Belə də oldu və bu il sentyabrın 19-da Azərbaycana geniş tərkibdə nümayəndə heyəti gəldi. Avropa Parlamenti belə geniş tərkibdə hələ heç bir ölkəyə nümayəndə heyəti göndərməyib.

Onlar Azərbaycan prezidenti tərəfindən qəbul olundu, bütün söhbət mətbuatda da geniş işıqlandırıldı. Çox konkret, obyektiv və Avropa Parlamentinin qeyri-obyektivliyini sənədlər əsasında əks etdirən görüş oldu. Bu görüş dönüş nöqtəsi idi. Azərbaycan prezidenti faktları ortaya qoydu və onlar anladılar ki, Avropa Parlamenti Azərbaycanla ikitərəfli münasibəti qorumaq istəyirsə, hər hansı məsələni yalnız sözlə yox, sənədlə ortaya qoymalıdır.

Azərbaycan heç bir beynəlxalq təşkilatla əməkdaşlıqdan imtina etməyib, etmək fikrində olmayıb. Biz Avropa Birliyi ilə də ən yüksək səviyyədə münasibətlər qurmaq istəyirik. Amma qarşıqlıqlı maraqlar qorunmalıdır”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bir çox avroparlamentarilər təklikdə görüşdə ötən il qəbul etdikləri qərara görə üzr istəyiblər. O, həmçinin qeyd edib ki, qrup yaradılıb və bu qrup Avronestlə bağlı qərar üzərində də işləyəcək.

Layihə səsə qoyularaq qəbul olunub.

Qərarda bildirilir ki, Avropa Parlamentinin 2015- ci ilin sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub. Azərbaycanla Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015- ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmaması qərara alınıb.

Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub.

Bu il sentyabrın 19-21 arasında Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib. Səfərin yekunlarına uyğun olaraq, qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib.

Beləliklə, Avropa Parlamenti ilə əlaqələrin yenidən bərpası üçün 14 sentyabr 2015- ci il tarixli qərarın 10-cu və 11- ci maddələri qüvvədən düşüb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir

Next Post

“Azercell”in növbəti “Tələbə Təqaüdü Proqramı” başlayır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Azercell”in növbəti “Tələbə Təqaüdü Proqramı” başlayır

Kerrinin Qarabağ mesajının arxasında nə durur? - ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.