"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Məclis kəlbəcərli girovların müdafiəsinə qalxdı

28 Oktyabr 2014 - 13:30
in FLƏŞ, GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

İqbal Ağazadə Xankəndinə gedib girovlara vəkillik etməyə hazır olduğunu dedi və parlament rəhbərliyindən dəstək istədi
7c0420d1d907Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə başlayıb. Deputat Siyavuş Novruzov  Ukraynada keçirilən parlament seçkilərdən danışıb. “Seçkinin mürəkkəbi qurumamş ABŞ tərəfindən bəyanat verilir ki, azad, ədalətli, demokratik seçki keçirlib. Bildirlıir ki, biz Krım məsələsini Ukraynanın xeyrinə həll etməyə çalışacağıq. 20 ildir Minsk Qrupu həmsədri olan ölkə bir dəfə deməyib ki, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışacaq. Bu, onu göstərir kki, seçkini necə istəyirsən, keçir, müəyyən qüvvələrin rəyi dəyişməyəcək. Belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyü məsələsini həll etməkl istəmirlər. Həmsərdlərə bir müraciət edək, görək onlar bu barədə necə düşünürlər. 20 ildir torpaqlarımız işğaldadır, bunlar turist səfərlərinə gəlirlər. Həmsədrlərə müraciət edək ki, hər bir ölkəyə bərabər şəkildə baxmaq lazımdır”.
Növbəti çıxışlar əsasən Kəlbəcərdən olan iki girovun, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndidə keçirilən məhkəməsinə həsr olundu.
Aydın Mirzəzadə girov kəlbəcərlilərdən danışaraq dedi ki, bu, çox pis təşkil edilmiş teatr tamaşasını xatrırladır. Öz dədə-baba yurdunu ziyarət edənlər üzərində saxta tamaşa hazırlanır. İndidən erməni KİV-ləri guya onların öz günahlarını etiraf etdiyi barədə saxta məlumat yayılıb. Ermənistan iki Azərbaycan vətəndaşını  öz ərazisində girov götürüb saxta  məhkəmə qurur, amma həmsədrlər buna biganədir. İstərdim ABŞ, Rusiya, Fransa  bu saxta tamaşanın dərhal dayandırılmasını tələb etsin.
Fərəc Quliyev  A.Mirzəzadənin çıxışına dəstək verərək dedi ki, ermənilər Dağlıq Qarabağı tanıtdırmaq üçün məhkəmə şousundan istifadə etməyə çalışır.
Deputat Ermənistan-Azərbaycan-Dağlıq Qaarabağ münaqişəsi ifadəsini doğru saymadı və bildirdi ki, bunu Ermənistan-Azərbaycan münaqişəsi kimi səsləndirmək lazımdır.  Belə bəhanələrlə Dağlıq Qarabağ nümayəndəsinin də tərəf kimi təqdim etməyə çalışır. Bu ifadə birmənalı şəkildə götürülməlidir ki, bizə zərər gəlməsin.
Zahid Oruc İdarəçilik Akademiyasında PA rəhbəri Zahid Orucun çıxışının müdafiəsi ilə bağlı danışdı: “Biz Milli Məclis olaraq təhlil etməliyik ki, niyə cənub bölgəsində qızların 80 faizi təhsil almır, yaxud şimal bölgəsindəki problemlərimizin kökündə nə dayanır? Təhlil etməliyik ki, niyə 20-ci əsrin əvvəllərində Sevilin timsalında Azərbaycan qadını çadranı atdı, amma bu gün Azərbaycan qadını müxtəlif libaslara bürünmək istəyir?” Z.Oruc Təhsil Nazirliyi, TQDK və digər təsisatları dəvət etməyə və parlamentdə müzakirələr aparmağa çağırdı.
Fazil Mustafa da girovlarla bağlı müdafiə təşəbbüsünü dəstəklədi.  Deputat vəkil  Bəhruz  Bayramovun Xankəndinə gedib girovları müdafiə etməyə hazır olduğunu vurğuladı və vəkilə dəstək verdi. Onu da dedi ki, Rusiyada, Avropada olan bir sıra hüquq müdafiəçilərini dövlət səviyyəsində dəstəkləyib ora göndərə bilərik.
F.Mustafa  “yetimin, şəhidin, itkin düşənin” 11 min manat pulunu sahibinə verməyə çağırış etdi.
 Leyla Abdullayeva oğru dünyasının nümayəndələrinin geniş şəkildə təbliğ olunduğunu, onlarla bağlı mahnılar, kitablar yazıldığını, kliplərin, filmlərin çəkildiyini dedi. Bu mənada spirtli içkilər və siqaretlə bağlı tətbiq olunan yaş senzinin bu məsələyə də tətbiqini zəruri saydı.
Musa Quliyev ezamiyyətə gedənlərin tibbi sığortası barədə danışdı. Xaricə rəsmi ezamiyyətə gedən şəxslərin tibbi sığortasını təmin etməklə bağl təklif verdi.
Qənirə Paşayeva da azərbaycanlı girovlarla bağlı danışdı. Çox təəssüf ki, nə ATƏT-in Minsk Qrupu, nə beynəlxalq təşkilatlar bu məsələyə ciddi diqqət yetirmirlər. Biz görürük ki, bizim girovlarla bağlı necə rəftar edilir. Bu məsələni mütləq Avropa İnsan Haqları Məhkəməsinə və Avropa İşgəncələr Əleyhinə Komitəyə aparmaq lazımdır. Ona görə də bu şəxslərin ailələrinə ciddi dəstək olmaq gərəkdir.
Xanım deputat “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini də parlament müzakirəsinə çıxarmağı təklif etdi.
İqbal Ağazadə dedi ki, kəlbəcərli girovların durumu onu da ciddi şəkildə narahat edir: “Onların vəkillə təmin olunmasını düşünməliyik. Başqa ölkələrdə olanda Azərbaycanın sıravi vəkilləri proseslərdə iştirak edirlər. Mən böyük məmnuniyyətlə onların hüquqlarını müdafiə etməyə hazıram. Bir millət vəkili, partiya sədri kimi prosesdə iştiraka böyük məmnuniyyətlə hazıram. Məhz Dağlıq Qarabağda keçirlən qeyri-qanuni məhkəmə prosesində bu, çox ciddi addım oalrdı. Xahiş edirəm Milli Məclis mənə nə kömək mümkünsə, etsin”.
Bahar Muradova da girov vətəndaşlarımızla bağlı narahatlığını bölüşdü: “Mən qondarma bir qurumun qondarma hüquq sisteminin təmsilçilərinin Azərbaycan vətəndaşlarının öz evlərinə getməsini ərazi bütövlüyün pozması, onlar üzərində məhkəmə prosesi qurması faktına etiraz etməyi düşünürəm. Bizim ümumi mövqeyimizə xələl gətirə biləcək fikirlər səsləndirməkdən uzaq olmalıyıq. Hər hansı hüquqşünas və deputat həmkarımızın belə o prosesdə iştirakını qeyri-məqbul sayıram. Bu, hüquqi mexanizm deyil, bu, Dağlıq Qarabağ rejimini tanımaq deməkdir. Qətiyyən orda iştirak etmək olmaz. Amma bizim hüquqşünaslarımız beynəlxalq hüquq müdafiə təşkilatlarını bu prosesə cəlb etməlidir. Amma bizim Milli Məclis üzvlərinin qondarma rejimin qondarma rejimini tanımaq istiqamətində səsləndirdiyi fikirləri qətiyyən müdafiə etmirəm”.
Spiker Oqtay Əsədov Ukraynada keçirilən seçkilərlə bağlı mövqeyini bölüşdü: “Seçkinin mürəkkəbi qurumamış ABŞ və Böyük Britaniyanın mövqe bildirməsi aydındır. Bunun səbəbləri var. Baxırlar ki, Azərbaycan kiçik dövlətdir, amma inkişaf edir. Deyirlər, “dur bizim yanımızda”. Azərbayacn isə ikitərəfli münasibət qurmaq istəyir, bunu isə qəbul etmirlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xanım deputata yeni vəzifə verildi

Next Post

Bütün internet Nadir Qafarzadənin qadın kimi qışqırmağından danışır – VİDEO

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Bütün internet Nadir Qafarzadənin qadın kimi qışqırmağından danışır – VİDEO

Xoşqədəm Hidayətqızının Doğuşu gənc qızı zorladığına görə həbs edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.