"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Məclisdə Avropa Parlamenti niyə sərt tənqid olundu?!.

30 Sentyabr 2014 - 14:00
in Banner, MANŞET
Milli Məclisin plenar iclasında Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qətnamə tənqid загруженное9olunub.

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

APA-nın məlumatına görə, çıxış edən MM-in sədr müavini, Milli Məclis-Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələskərov deyib ki, bir çox dairələr, o cümlədən AP Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir.

 

V. Ələskərov bildirib ki, AP Azərbaycana qarşı həmişə nəinki ikili standartlarla, hətta üçlü-dördlü standartlarla mövqe göstərib: “Bir dəfə onlar bizə təklif etdilər ki, “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri” sözlərinin qeyd olunduğu sənədə səs verək. Yəni Dağlıq Qarabağın bizim ərazimiz olması fikrindən imtina edirdilər. Şərt qoydular ki, ya bu sənədə imza ataq, ya da Azərbaycanda hansısa iki bloqger ilə bağlı AP qətnamə qəbul edəcək. Bu, şantaj deyil, nədir?!”

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ prezidenti  Barak Obamanın fikirlərinə və Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərək deyib ki, bunlar ədalətsiz mövqedir: “Onlar o QHT-lərə dəstək verirlər ki, Qarabağ məsələsini unutdururlar və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. İnanmıram ki, Azərbaycanda elə QHT olsun ki, Qarabağ probleminin məhz onların istədiyi kimi həllinə tərəfdar çıxsın. Azərbaycanı istəyən milli QHT-lər heç vaxt bu addıma getməzlər. Ancaq bununla belə, hesab edirəm ki, QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün ciddi iş görməliyik”.

 

Azay Quliyev isə bəyan edib ki, bu gün  AP və AVRONEST PA haqqında müsbət fikirlər deməyə əsas yoxdur: “Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” proqramını zədələyib. AVRONEST Parlament Assambleyasına olan inam iflasa uğradı. Buna səbəb Avropa Parlamentinin mövqeyi və selektiv yanaşmasıdır. Avropa Parlamentinin qətnaməsi əsassız, qərəzli bir sənəddir. Onlar Ermənistana münasibətdə fərqli mövqe tuturlar. Gürcüstanda siyasi məhbuslar var, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər”.

 

A. Quliyevin sözlərinə görə, Azərbaycanda qanunlara riayət edən QHT-lərə heç bir təzyiq edilmir: “Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda məhkəmə Emil Məmmədovun işinə baxdı və o, şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir”.

 

Qüdrət Həsənquliyev bildirib ki, indən sonra da avroparlamentarlar yeni kampaniyaya başlayıb, kimlərəsə mükafatlar verib deyəcəklər ki, filan mükafatın laureatı həbsdədir. Onun fikrincə, artıq beynəlxalq təşkilatlara ciddi etiraz olunmalıdır: “Ləyaqət məsələsi olan ərazi məsələsində ədalətli mövqe tutmayan beynəlxalq təşkilatlar insan haqları məsələsində ədalətli mövqe tutur. Əminəm ki, həbsdə olanların bəzilərinə yüksək mükafatlar veriləcək və sonra da yeni kampaniyaya başlayıb deyəcəklər ki, filankəslər həbsdədir”. Q. Həsənquliyev onu da əlavə edib ki, beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil: “Beş-altı nəfərə görə bu qurumlarla açıq müstəvidə qarşıdurmaya getməyə dəyməz. Fikrimcə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da düşünməlidir”.

 

Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, söhbət beş-altı nəfərdən getmir: “Məsələ bunda deyil. Həmin qurumlarda fəaliyyət göstərən zərərli qüvvələr bundan istifadə edirlər. QHT-lər bəzən onların əlində vasitə olurlar. QHT-lər normal fəaliyyət göstərməli, şəffaf olmalı və qanunlara riayət etməlidirlər”.

 

Fəzail Ağamalı isə çıxışında təklif edib ki, Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılsın.

 

İclas davam edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Xəzərətrafı dəmiryol dairəsi layihəsini dəstəklədi

Next Post

Gürcüstanın tətbiq etdiyi yeni viza rejiminin detalları

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Gürcüstanın tətbiq etdiyi yeni viza rejiminin detalları

Unudulmaz baş redaktor - Məmməd Nazimoğlu (FOTOLAR)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.