"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Məclisdə kredit müzakirəsi – `Bəs, kim ağlayacaq?`

17 May 2016 - 14:26
in XƏBƏR LENTİ

Xəbər verdiyimiz kimi, Azərbaycanda banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa bildirib ki, çox vaxt vətəndaşlar kreditin xarici və ya milli valyutada olduğunu dəqiq bilmədən sənədə imza atır və sonradan problem yaşayırlar.

“Devalvasiyadan sonra insanlar banklara 1,6 milyard manat əlavə pul ödəməlidir. Banklar haqlı olaraq pulunu tələb edirlər. Vətəndaş da haqlıdır ki, krediti götürdüyü vaxtdakı xarici valyuta ilə ödəməlidir. Bu istiqamətdə Mərkəzi Bank iş görmür, yalnız 3 banka vəsaitlərin 71 faizini verib. Ölkədə 37 bank var və onların 50 faizinin kredit borclarının qaytarılması problemi var. Onlara dəstək vermək lazımdır ki, 2 milyarda yaxınlaşan borclarının 1 milyardı ödənilsin. Vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır. Burada qanuna dəyişiklik edirik, amma problem özlüyündə həll olunmur. İntiharların sayı artır, insanların əksəriyyəti ailə porbolemi ilə qarşılaşırlar. Milli Məclisin təşəbbüs göstərməsi lazımdır ki, insanları acınacaqlı vəziyyətdən çıxardaq”.

Deputat Vahid Əhmədov bildirib ki, devalvasiyadan sonra insanlar və banklar arasında problemlər yaşanmaqdadır: “Banklarda yaranmış problemlə bağlı təklif etdim ki, bank sistemini İqtisadi siyasət komitəsinə və ya Milli Məclisin plenar iclasına dəvət edib, müzakirə etmək lazımdır. Bununla bağlı rəhbərlik tərəfindən cavab verilməyib. Həmkarım Əli Məsimli ilə birlikdə xüsusi təklif paketi hazırlayaraq prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinə və spiker Oqtay Əsədova göndərmişik. Hələ cavab gözləyirik. Bank sistemində yaranmış ağır vəziyyətlə əlaqədar bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Çünki hal-hazırda bank sistemi dayanıb, hüquqi və fiziki şəxslərə kredit verilmir, likvidlik və kredit portfeli məsələsi həll olunmayıb”.

Deputat Araz Əlizadə isə qeyd edib ki, parlamentdə təkliflər səsləndirilsə də, onlar reallaşmır və elə zalda qalır. “Bankların gününə ağlamaq lazımdır deyilir, bəs insanların gününə kim ağlayacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin SSRİ-nin ən böyük hərbi bazasına qayıdır

Next Post

Mərkəzi Bank yenə dollar aldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mərkəzi Bank yenə dollar aldı

Deli Hüsnü "Kurtlar Vadisi Pusu"ya vida edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.