Milli intibah prosesi gedir. Güney Azərbaycandakı soydaşlarımızın hüquqları, Qərbi Azərbaycandakı torpaqlarımız məsələsi bunun göstəricisidir. Hesab edirəm ki, başqa bir addım da atılmalıdır.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, son 30 ildir müzakirə edilən soyad məsələsi var:
“Əslində söhbət soyad dəyişilməsindən də getmir, şəkilçidən gedir. Əgər 30 il əvvəl bu proses başlansaydı, indi hamı milli soyad daşıyırdı.
Təklif edirəm ki, 2023-cü il yanvarın 1-dən etibarən yeni doğulan körpələrə soyad verilərkən milli soyad sonluğu qoyulsun, yəni “ov”dan imtina edilsin”.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...




