"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Qəhrəman prezidentə niyə müraciət etdi?

07 Yanvar 2015 - 13:47
in CƏMİYYƏT
Azərbaycanın Milli Qəhrəmanı, keçmiş siyasi məhbus Rasim Əkbərov virtualaz.org saytının redaksiyasına müraciət edərək img1717503ictimaiyyətin diqqətini ona məxsus “Elmir” şirkəti ətrafında baş verənlərə yönəltməyə çalışıb.
R.Əkbərov müraciətində prezident İlham Əliyevdən onu qəbul etməsini xahiş edir. Milli Qəhrəman hesab edir ki, bu qanunsuzluğa yalnız prezident İlham Əliyev son qoya bilər. R.Əkbərov bildirir ki, özü və şirkəti aylardır bu haqsızlıqla mübarizə aparsa da təzyiqlər dayanmır.
Qeyd edək ki, tam qanuni fəaliyyət göstərən və gips istehsalı və satışı ilə məşğul olan “Elmir” şirkəti “Norm”, “Holcim Group”, “Kəpəz Alçi” və “Retro” şirkətlərinə, habelə Qaradağ sement zavoduna, “Müasir tikinti” MMC-yə, eləcə də Gürcüstanın “Heidelberg Group” şirkətinə qarşılıqlı rəsmi müqavilələr əsasında gips satır.
R.Əkbərovun müraciətində deyilir:
“Mən “Elmir” şirkətinin sahibiyəm. Bizim şirkətin sərəncamında Hacıkənd ərazisində –  Gülüstan kəndində 10 hektar torpaq sahəsi var. Vergini səliqə ilə ödəyirik, sosial ödənişləri də yubandırmırıq.
Lakin ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 hektar torpaq sahəsini məndən geri almaq üçün işə başlayıb. Bunun üçün Goranboy Rayon İcra Hakimiyyətinə (RİH) və Nazirlər Kabinetinə müraciət etdi. Onun “arqument”lərinin nədən ibarət olduğunu bilmirəm. Amma Goranboy RİH başçısı Nizaməddin Quliyev 10 hektar ərazinin hamısının əlimdən alınmasına göstəriş verib. Nizaməddin Quliyevlə görüşməyə dəfələrlə cəhd etsəm də nəticəsi olmadı. Gah dedilər məzuniyyətdədir, gah dedilər xəstədir. Belə başa düşdüm ki, mənimlə görüşmək istəmir.
“Elmir” şirkətində neçə-neçə Qarabağ müharibəsi veteranı işləyir. Bu şirkət ailəmizi dolandırmaq üçün yeganə gəlir yerimizdir. Torpaqlarımız uğrundakı döyüşlərdə qanını axıtmış Qarabağ veteranlarının sonuncu tikəsini də əlindən almaq istəyənlərin doğrudanmı vicdanı yoxdur? Bir vaxtlar bu rayonu erməni banditlərindən biz azad etmişik. Bu topraqlar bizim qanımızla suvarılıb. Məgər mənim bu gün həmin torpaqlarda 5 hektar əraziyə sahib olmaq haqqım yoxdur? Bu, nə özbaşınalıqdır?! İndi ailəmi necə dolandırım? Məmurların simasındakı yeni işğalçıların tapdağı altında nə vaxta qədər inləmək olar? Onlar bizim prezidentə niyə bu qədər yaramazcasına xəyanət edirlər? Onlar öz qanunsuz əməllərinin nəticələri barədə heç düşünmürlərmi? Onlar bizim kimi adamların sadiq və bağlı olduğu hakimiyyətin nüfuzuna zərbə vururlar. Axı biz torpaqlarımız və prezidentimiz uğrunda yenidən döyüşməyə, qanımızı axıtmağa hazırıq!
Gülüstan kəndində gips istehsalı üçün bizim şirkətdən əlavə daha 25 şirkətə icazə verilib. Lakin o şirkətlərin heç biri işləmir. Bizim firma isə təkcə keçən il 106392 ton gips istehsal edib. Vergi öhdəliklərimizi yerinə yetirmişik. Amma görünür, kimsə şirkətimizi ələ keçirmək fikrinə düşüb. Mənə məlum olduğunua görə, həmin vicdansız adamlar baş prokuror Zakir Qaralovun adından sui-istifadə edir, onun adının arxasında gizlənirlər. Onlar bizim karxananı “Akkord” şirkətinə verməyə çalışırlar. Ona görə də mən baş prokuror Zakir Qaralova rəsmi məktubla müraciət edərək onunla görüşməyi xahiş etmişəm.
Elə həmin bu yüksək rütbəli məmurlar iki il qabaq da şirkətimi ələ keçirmək istəyirdilər. Lakin ölkənin siyasi rəhbərliyi işə qarışandan sonra geri çəkildilər.
Ona görə də mən prezident İlham Əliyevdən, milli təhlükəsizlik naziri Eldar Mahmudovdan, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdan, baş prokuror Zakir Qaralovdan bu özbaşınalığın qarşısının alınması üçün göstəriş vermələrini xahiş edirəm. Əlbəttə ki, ən böyük ümidim isə bizim hörmətli prezidentimiz İlham Əliyevədir”.

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilərin gözləri yenə yolda qaldı…

Next Post

Axı mən əsgər atasıyam!

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Axı mən əsgər atasıyam!

Azərbaycan çempionuna Facebook-da status yazdığına görə cinayət işi açılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.