"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Qəhrəmanın İŞİD-ə qarşı “vuruşan” həkim oğlu – MÜSAHİBƏ

07 Avqust 2014 - 16:01
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Suriya və İraqda çox sayda ərazini ələ keçirən “Əl Qaida”ya bağlı radikal təşkilatimg1614688 olan İŞİD(“İraqın Şam İslam Dövləti”) qanlı əməliyyatları davam etdirməkdədir. Demək olar ki, hər gün İŞİD-ın qəddarlıq nümayiş etdirdiyi video və fotolar dünya ictimaiyyəti tərəfindən səssizliklə izlənilir.
Öldürdükləri cəsədə belə amansız işgənələr verən İŞİD üzvlərinin qan donduran əməlləri, insanlığa sığmayan hərəkətləri beynəlxalq təşkilatlar tərəfindən pislənilsə də, bu vəhşiliyin qarşısı nədənsə alınmır.
Hətta İŞID-a dəstək üçün ayrı-ayrı ölkələrdən bu terrorçu təşkilatın sıralarına qoşulanların da olduğu bildirilir. Son vaxtlar Azərbaycandan da İŞİD-ın sıralarına qoşularaq vuruşanların olduğuna dair məlumatlar yayılsa da, sən demə bu terrorçu təşkilatın qurbanlarına yardım üçün Suriya torpaqlarına könüllü üz tutan azərbaycanlılar da var. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu Namiq Nəsibovdur.
Hazırda Suriyada könüllü həkim kimi fəaliyyət göstərən Namiq Nəsibovun Movqe.az-a verdiyi müsahibəni təqdim edirik:
– Necə oldu ki, Suriyada könüllülərin sırasına qoşuldunuz?
– Sosial şəbəkələrdə bu ölkədə xəstəxanalarda həkimə ehtiyac olduğu barədə məlumat aldım. Mən də ixtisasca həkim olduğumdan Kürdüstan Qızıl Aypara Cəmiyyətinin (Heyva Sor Kurd) xəti ilə “Emel”(Umid) xəstəxanasında təcili təxirəsalınmaz tibbi yardımda işləyən könüllülərin sırasına qoşuldum.
– Burda ancaq İŞİD terrorçularının yaraladığı insanlara tibbi yardım göstərirsiniz?
– Yox eyni zamanda əhalinin, əsasən uşaqların peyvəndlənməsi kampaniyalarına qoşuluram.
– Bu ölkəyə getməzdən öncə Azərbaycanda həkim kimi işləyirdiniz?
– Orda bir il olar ki, xəstəxanada calışmırdım. Amma 2001-2013 Baki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışmışam.
– Bildiyim qədər ailəlisiniz. İki övladınız var. Ailənizi burada qoyub Suriyaya, o təhlükəli əraziyə yola düşməyə nə məcbur etdi sizi?
– Burada İŞİD dəstələrinin Kobaniyə tez-tez hücumları olur. Əlbəttə buralar çox təhlükəlidir. Kobanidə əhali təpədən-dırnağa kimi silahlıdır. 11-12 yaşdan yuxarı qız və oğlanların hamısı silahlıdır. Şəhərdə silahlılardan başqa heç kəsi görmək olmur. Amma burda insanların həkimə ehtiyacı var.
– İŞİD üzvləri girov götürdüyü insanlara olmazın işgəncələr verir. Qorxmursunuzmu ki, siz də İŞİD terrorçularının əlinə düşərsiniz?
– Bu təhlükə hər an var. Amma həkimlər təhlükəsizlik üçün döyüş bölgəsinə buraxılmır. 3-4 km aralıda dayanır tibbi yardım maşınları.
– Hər dəfə İŞİD dəstələri ilə döyüş olanda nə qədər yaralı gətirilir?
– Son hücumda YPG-dən 14 səhid və 20 yaralı oldu. İŞİD tərəfdən isə 150 ölü, 3 əsir götürüldü.
– İŞİD tərəfdə döyüşən yaralını heç müalicə etmisinizmi? Olubmu onlardan yaralı əsir düşəni?
-Burda bir əsir İŞİD-çı yaralı ilə rastlaşdım. Təmiz Cənubi Azərbaycan şivəsi ilə danışırdı. Bildi ki, mən də Azərbaycandanam. Adı Şivan idi. Deyir üç ildir savaşa qatılıb. İki il döyüşüb, bir il də əsirlikdədir. Soruşuram məqsədin nədir? Deyir cihad. Soruşuram ki, Allahu Əkbər deyib Allahın yaratdığı insanın başını kəsmək hansı insanlığa sığır? Cavab verə bilmədi.
– Mənim üçün sual olaraq qalır ki, siz ailənizi, uşağınızı burada qoyub necə getmisiniz ora? Axı könüllülər tam təmənnasız xidmət göstərir. Bəs burda sizin ailənizi maddi baxımdan kim təmin edir?
– Mənim atam bilirsiniz ki, Milli Qəhrəmandır. Dövlət dəstəyi var ailəmizə. Heç bir problemləri yoxdur.
– Namiq bəy siz Milli Qəhrəman övladı olmaqla yanaşı, həm də işğal altında olan Laçında doğulmusunuz. Cəbhədə son günlər baş verənlərdən, Azərbaycanın şəhid verdiyindən xəbəriniz varmı? Ümumiyyətlə Azərbaycanda cəbhə bölgəsindən xəbərləri orda izləyə bilirsinizmi?
– Əlbəttə, cəbhə bölgəsində son zamanlar baş verənləri mətbuatdan izləyirəm.
– Bəs Azərbaycanda müharibə olarsa yenə də orda fəaliyyətinizi davam etdirəcəksinizmi?
– Mənim atam bu torpaq üçün canını fəda edib. Mən də buna hər an hazıram. Azərbaycanda səfərbərlik olacağı təqdirdə Azərbaycan ordusunun ehtiyyatda olan tibb xidmet bas leytenantı olaraq geriyə xidmətə dönəcəyəm.
– Bəs nə qədər orda qalmağı düşünürsünüz?
– Həkim qruplarının ilki bura gəlincə mən geri dönməyi düşünürəm.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

700 bal yığan tələbələr xaricdə oxuyacaq

Next Post

Türk aktyorlar erməni rolu oynamaqdan imtina etdilər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Türk aktyorlar erməni rolu oynamaqdan imtina etdilər

Simsiz teleqrafçılıqdan jurnalistikaya: nəyi necə etməli?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.