"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Şuranın növbəti mitinqi kimə xidmət edir?

07 Noyabr 2014 - 08:30
in SİYASƏT

Müsavatın Məclis üzvü isə bu aksiyanın Əli Kərimliyə xidmət etdiyini dediimg1594689

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Milli Şura Bakıda keçirməyi planlaşdırdığı 10 noyabr mitinqinə hazırlaşır. Milli Şuranın sədri, professor Cəmil Həsənli mitinqlə bağlı “Azadlıq”a müsahibəsində hazırlıq işlərinin gedişindən danışıb. O bildirib ki, noyabrın 5-də Milli Şuranın Koordinasiya Mərkəzində 10 noyabr mitinqinə hazırlığın gedişi müzakirə edilib.

C.Həsənlinin sözlərinə görə, Milli Şuranın mitinqində iştirak etmək arzusunda olanlar çoxdur və aksiyanın çoxminli olacağı gözlənilir: “Bildiyiniz kimi, siyasi məhbus məsələsi və insan haqlarının vəziyyəti çox böhranlı həddə çatıb. Bu gün onların sayı 100-dən çoxdur. Hətta antidemokratik rejimlər kimi uzun müddət dünyanın hədəfində olan nə Belarusda, nə də Rusiyada belə vəziyyət var. Bu durum ölkəmizin adına, onun demokratik ənənələrinə ləkədir. Ona görə də məqsəd və məramımız siyasi məhbusları, vicdan məhbuslarını müdafiə etmək, onlara dəstək verməkdir. İnsan hüquqları ilə bağlı ölkəmizdə yaranmış ağır durumu diqqət mərkəzinə gətirmək, ictimaiyyətin diqqətini buna cəlb etmək, demokratik dəyişiklik istəyimizi, Avrointeqrasiya arzumuzu ifadə etmək mitinqin başlıca qayəsi olacaq. Bütün bunlar Azərbaycan xalqının böyük bir hissəsinin istək və arzusudur. Mitinqə hazırlığın çıxış nöqtəsini də məhz bu ideyalar təşkil edir. Əslində mətbuatda, saytlarda, sosial şəbəkələrdə mitinqi zəruri edən səbəblər haqqında çox maraqlı müzakirələr gedir və bu müzakirələr özü də mitinqin çoxminli olacağına bir təminatdır”.
C.Həsənli onu da bildirib ki, mitinqlə bağlı cəmiyyəti, mətbuatı və hətta müxtəlif dairələri maraqlandıran sualların böyük bir hissəsini Koordinasiya Mərkəzinin toplantısında müzakirə ediblər və bütün bu məsələlərə münasibətdə Milli Şuranın mövqeyi müəyyənləşdirilib: “Biz ötən dəfə, oktyabr ayının 12-də olduğu kimi 10 noyabr mitinqini də Milli Şuranın dinc, dünyəvi, çağdaş dünya dəyərlərinə uyğun mitinqi kimi keçirməyə qərar vermişik. Koordinasiya Mərkəzinin toplantısında, ayrı-ayrı partiya və siyasi qurumlara xüsusi dəvət göndərilməsi məqsədəuyğun sayılmayıb. Kim özünü siyasi məhbusların müdafiəsində görmək istəyirsə, siyasi mülahizələrlə həbs edilmiş insanlara dəstək vermək istəyirsə, buyursun gəlsin, öz vətəndaş mövqeyini ifadə etsin. Milli Şura olaraq biz siyasi, dini, milli və etnik mənsubiyyətindən asılı olmayaraq bütün siyasi məhbusları müdafiə edirik”.
Milli Şuranın 12 oktyabr mitinqinə qatılan Müsavat Partiyasının Məclisinin üzvü Mustafa Hacıbəyli isə APA-ya deyib ki, Milli Şuranın təşkil etdiyi mitinqin nə məhbuslara, nə də demokratik düşərgəyə aidiyyəti var.  Onun sözlərinə görə, AXCP sədri Əli Kərimlini yalnız şəxsi ambisiyaları maraqlandırır. Milli Şuranın yeganə müxalifət qüvvəsi olduğunu sübut etmək istəyirlər.
M.Hacıbəyli bildirib ki, bir müddət əvvəl Müsavatın da təmsil olunduğu Siyasi Məhbusların Hüquq-Müdafiə Mərkəzi mitinq keçirmək istəsə də, Milli Şura rəhbərliyi bu təklifə qarşı çıxıb: “Biz bu barədə təkliflə çıxış edəndə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və tərəfdarları buna qarşı çıxaraq, hələ mühitin yetişmədiyini, vaxtının çatmadığını demişdilər. Amma indi mitinq keçirmək istəyirlər”.
M.Hacıbəyli C.Həsənlini də ittiham edərək, onun Ə.Kərimlinin diktəsi ilə hərəkət etdiyini vurğulayıb: “Mən Milli Şuranın sədri Cəmil Həsənlinin mövqeyinə təəccüb edirəm. Müsavat Partiyası o vaxt Milli Şuranın tərkibində, ümumi maraqlar naminə Cəmil Həsənlinin namizədliyini irəli sürdü. İsa Qəmbər prezidentliyə namizədliyini geri götürərək, Cəmil Həsənlini dəstəkləmişdi. Amma təsəvvür edin ki, Cəmil Həsənli Əli Kərimlinin qorxusundan Milli Şuranın mitinqində bizə, İsa Qəmbərə salam vermədi. Görünür, o, Əli Kərimlidən çəkindiyi üçün belə addım atdı. Bu, Cəmil Həsənliyə yaraşmayan hərəkətdir”.
Qeyd edək ki, Müsavat Partiyasının Divanı Milli Şuranın 10 noyabr mitinqində iştirak məsələsində partiya üzvlərinə sərbəstlik verib. M.Hacıbəylinin sərt açıqlamasından isə belə görünür ki, müsavatçılar, deyəsən, bu mitinqə qatılmayacaqlar.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftin ucuzlaşmasının arxasında bir neçə dövlətin apardığı siyasət dura bilər

Next Post

“Oğlum İŞİD yolunda ölsə, xoşbəxt olaram” – Fotolar

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

"Oğlum İŞİD yolunda ölsə, xoşbəxt olaram" - Fotolar

Britaniyan nüfuzlu “Daily Mail” qəzeti və Bakıda tikiləcək möhtəşən otel

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.