"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli tələb: proses gedir, qarşısını almaq mümkün deyil…

28 Fevral 2023 - 10:25
in ÖNƏMLİ

Günümüzün dünyasında həqiqət və yalan arasındakı xəttin getdikcə qaranlıqlaşması təhlükəsindən heç bir ölkə, yaxud heç bir bəşər övladı sığortalanmayıb. Və bəzən bir insan, bir qurum, bir xalq, yaxud bütöv bir ölkə bu qaranlıqla üz-üzə qalır. Gerçəklə “uydurulan həqiqət” arasında xətlər o qədər qarışdırılır ki, zamanla uydurulmuş həqiqət gerçəyin yerini tutur.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Məsələ sadə görünsə də, əslində bu, “Qavrayışın idarəolunması” strategiyasının tərkib hissəsidir, xüsusilə bu strategiyanın “doğru olmayan ifadələr – həqiqəti uydurun” taktikasının tətbiqi zamanı belə mənzərə ortaya çıxır.

Azərbaycan da zaman-zaman “Qavrayışın idarəolunması” strategiyasının riskləri ilə üz-üzə qalır. Bunu ölkədə beynəlxalq diqqəti cəlb edən mühüm tədbirlərin keçirilməsi zamanı da görmüşük, 44 günlük Vətən müharibəsində də. Sonuncu dəfə ötən ilin sentyabrında sərhəddə baş verən döyüşlərdə “uydurulan həqiqət” təhlükəsi ilə üzləşdik: ortaya bir iddia atılır, sosial şəbəkələrdə tirajlanır və maksimum tirajla gerçəklər “uydurulan həqiqət”in kölgəsində qalır.

Artıq klassikləşmiş bu hücum metodundan hazırda Azərbaycanın media mühitinə qarşı istifadə edildiyi müşahidə edilir. Medianın İnkişafı Agentliyinin hədəf seçildiyi kampaniyanı “osminoqa” da bənzətmək mümkündür: “başı” ölkə sərhədlərindən kənarda, “qolları” daxildə.

Hücum kampaniyasında xüsusilə iki “istinad” nöqtəsindən istifadə olunur. birincisi, “Media haqqında” qanundur; ikincisi, Media Reyetstridir.

Və burada bir məqama xüsusilə diqqət yetirmək lazımdır. Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvarında yaradılıb, “Media haqqında” qanun həmin ilin dekabrında qəbul olunub, Media reyestrinin yaradılması da qanunun qəbulundan sonrakı dövrdə həyata keçirilməyə başlanıldı.

Mövcud kampaniyanın əsas tezisi Medianın İnkişafı Agentliyinin media mühitini “buxovlaması”, “jurnalist fəaliyyətini məhdudlaşdırması” kimi iddialardır. O zaman sual yaranır, belə iddialar və bunun üzərindən aparılan kampaniya niyə MEDİA yaradıldıqda yox, “Media haqqında” qanunun qəbulundan sonra başlandı. Əgər həqiqətən də iddia olunduğu kimi “media mühiti normal” deyildisə, yaxud məqsədləri “peşəkar jurnalistika fəaliyyəti”dirsə, tənqid və ittihamları daha əvvəldən dilə gətirməli idilər.

Bunu “Media haqqında” qanuna və qanunun qəbulundan öncəki dövrə nəzər yetirdikdə anlamaq mümkündür.

2021-ci ilin dekabrına – qanunun qəbuluna qədər Azərbaycan mediasında xaotik vəziyyət hökm sürürdü. “KİV haqqında” qanunun 1999-cu ildə qəbul edildiyi və yalnız çap mediasını tənzimləndiyi reallığı bu xaosun ən real izahını verir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da onlayn medianın çap medianı geridə buraxdığı dövrdə qanun mediadakı mövcud vəziyyəti tənzimləmirdi və bu xaos bu gün kampaniyanın sifarişçilərinə də, iştirakçılarına da sərf edirdi.

Kampaniyanın sifarişçiləri ölkənin informasiya mühitinə asanlıqla müdaxilə edə bilirlər: dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyinə təhlükə yaradan məlumatları Azərbaycana “ixrac edir”, onlara bağlı şəbəkələr vasitəsilə ictimai rəyi “Qavrayışın idarəolunması” strategiyasına uyğun yönləndirirlər; Ermənistanın təxribatlarından sonra sərhəddə baş verən döyüşlər və Laçın yolunda ekoloqların aksiyası ilə bağlı “Azərbaycan təcavüzkar ölkədir” və “Qarabağdakı erməni əhali blokadaya alınıb” iddialarının ictimai rəyə yeridilməsi cəhdlərində bunun əyani şahidi olduq.

Kampaniyanın iştirakçıları mediadakı xaotik vəziyyəti “qazanc mənbəyi” olaraq görürlər:

– Media sahəsində uzun illər fəaliyyət göstərən bəlli bir şəbəkə var və bu şəbəkə “ifadə azadlığı” adı altında həyata keçirdikləri layihələrdə gəlir əldə edir;

– Bu şəbəkəyə həm media sahəsi üzrə təşkilatlar, həm də media sahəsinə dair layihələr icra edən digər QHT-lər daxildir;

– Son iki ildə “reket jurnalistlər” bu şəbəkə ilə həmrəy fəaliyyət göstərirlər.

Təbii ki, peşəkar jurnalistikadan, beynəlxalq standartlara uyğun mediadan bəhs edənlərin “reket jurnalistlər”lə eyni masada əyləşməsi və eyni kampaniyanın iştirakçısı olmaları suallar yaradır. Əslində cavab sadədir: “Media haqqında” qanunun qəbulu və Media Reyestrinin yaradılması ilə mediadakı xaotik vəziyyətin aradan qalxmağa başlanması Azərbaycanın informasiya mühitinə müdaxilə edən kənar qüvvələrə, daxildə bu qüvvələrə bağlı şəbəkəyə sərf etmədiyi kimi, “reket jurnalistlər”ə də sərf etmir, çünki onlayn medianın qanunla tənzimlənməməsi buranı “reketlərin” oylağına çevirmişdi.

Medianın İkişafı Agentliyinin son iki ildə bütün tənqidlərə rəğmən elan etdiyi prinsiplər üzərindən praktiki fəaliyyət göstərdiyi və nəticələr əldə etdiyi gerçəyi var. Və bunun media mühitini sağlamlaşdırdığı da ortadadır.

Azərbaycan mediasında öləziyən plüralizmin qorunması və ön plana çıxmasında irəliləyişlər var. Artıq müxtəlif platformalarda müxtəlif cinahların və fikirlərin təmsilçilərini görmək mümkündür. Plüralizmin inkişafı jurnalistlərin “dördüncü hakimiyyət” imicinin bərpası və nüfuzunun güclənməsi deməkdir. Buna paralel olaraq, iqtisadi müstəqilliyin gücləndirilməsinə yönəlik addımlar medianın inkişaf və peşəkarlaşması baxımından əhəmiyyətlidir.

– Mediada əmək münasibətləri normallaşır: əmək haqlarının rəsmiləşməsi, sosial təminatın qaydalara uyğun həyata keçirilməsi Azərbaycan jurnalistlərinin onilliklərdir istəyi və tələbidir;

– Jurnalistlər üçün güzəştli ipoteka şərtləri qəbul edilib: Media Reyestri bu məsələdə tənzimləyici rola malikdir;

– Dövlətin mediaya iqtisadi dəstəyinin artırılması və ədalətli bölgüsü daha çox informasiya resursunu əhatə edir;

– Dövlətin informasiya təminatını yaxşılaşdırılması medianın nüfuzunu gücləndirən amillər sırasındadır;

– Və ən mühüm amillərdən biri özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsidir.

Bu istiqamətdə atılan addımlar Azərbaycanın informasiya mühitinin peşəkarlaşması ilə yanaşı, milliləşməsi və milli informasiya resurslarının güclənməsi ilə nəticələnir.

Və bu mənzərə bir sıra məsələləri də şərtləndirir:

Birincisi, hər əlinə telefon alanla peşəkar jurnalist arasında fərq ortaya çıxır, “reket jurnalistlər”in fəaliyyət arenası daralır;

İkincisi, sosial şəbəkələr üzərindən ictimai rəyə təsir imkanları azalır, peşəkar mediaya etibarlılıq artır və bu, “uydurulan həqiqət”lərin önünə sədd çəkir;

Üçüncüsü və ən vacibi ölkənin informasiya mühitinə kənar müdaxilələr zəifləyir;

Bu amillər indiyə qədər Azərbaycanın informasiya sferasını özlərinin siyasi manipulyasiyaları və qazanc yerinə çevirənləri oyundankənar vəziyyətə salır. Məhz buna görə fəaliyyətini “ifadə azadlığı”, “beynəlxalq standartlar” kimi ibarələr üzərindən quranlarla “reket jurnalistlərin” eyni masada əyləşməsi, eyni kampaniyada iştirakı təsadüfi deyil.

Amma və lakin, artıq proses başlayıb və bunun qarşısını almaq mümkün olmayacaq, çünki bu dəyişikliklər milli medianın tələbidir.

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Vaqner” döyüşçüləri bu ərazini işğal etdi

Next Post

Putin prezidentliyə namizədliyini verəcəkmi

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Putin prezidentliyə namizədliyini verəcəkmi

Putin prezidentliyə namizədliyini verəcəkmi

Brent markalı neftin bir barelinin qiyməti 79,39 dollar təşkil edir

Neftin bu günə olan qiyməti

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.