İtaliyada qadın voleybolçular arasında təşkil olunun voleybol üzrə dünya çempionatı davam edir. 
Qol.Az-ın məlumatına görə, turnirdə mübarizə aparan Azərbaycan yığması bu gün qrup mərhələsində son oyununu keçirib.
Komandamızın rəqibi Kuba voleybolçuları olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən millimiz növbəti mərhələyə vəsiqəni təmin edib.
Xatırladaq ki, Azərbaycan millisi bundan öncə Yaponiya və Puerto-Rikoya 3:2 hesabı ilə qalib gəlib, Çinə və Belçikaya 0:3 hesabı ilə məğlub olub.
28 sentyabr
Dünya çempionatı
D qrupu
Azərbaycan – Kuba – 3:1 (25:20, 25:27, 25:20, 25:22)