"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Millinin baş məşqçisi: “Hədəfimiz Avropa çempionatında yaxşı çıxış etməkdir”

01 Mart 2022 - 16:20
in İDMAN

19-22 yaşlı oğlan boksçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatı üçün təlim-məşq toplanışı davam edir.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız Bakı Boks Mərkəzində hazırlıq keçir.

Fevralın 21-də start götürən məşqlər Xorvatiyanın Poreç şəhərində keçiriləcək yarışa yollananadək davam edəcək. Millimiz əsas komandamızın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında hazırlaşır. Təcrübəli mütəxəssis martın 13-23-də keçiriləcək çempionat ərəfəsində boksçularımızın yüksək əhval-ruhiyyədə olduğunu deyib: “19-22 yaşlı boksçulardan ibarət yığmamızın hazırlığı yüksək səviyyədə davam edir. Komandanın heyətinə 10-dək idmançı çağırmışıq. Hazırda əsas millidən köməkçi boksçular da bizimlə birlikdədir. Bu, gənclərin daha təcrübəlilərlə sınaq döyüşləri keçirməsi və hazırlıqlı olması üçün atılan addımdır. Birgə təlim-məşq toplanışının hər 2 komandanın üzvlərinə faydalı olacağına inanıram”.

N. Abdullayev düşərgəyə dəvət etdiyi boksçuların hazırkı durumunu da dəyərləndirib: “Düzdür, koronavirus pandemiyası səbəbindən bir balaca çətinliklər yaşadıq. Ölkə çempionatı və gənclər arasında Azərbaycan birinciliyi də bir qədər gec keçirildi. Amma bunun bizim işimizə və uğurlu çıxışımıza təsiri olmayacaq. Avropa çempionata hazırlıq üçün qısa müddət qalsa da, yarışa komandamızın tam hazır olması üçün əlimizdən gələni edirik. Hədəfimiz Xorvatiyada yaxşı çıxış etməkdir. Hazırda komandanın vəziyyəti pis deyil. Federasiya tərəfindən lazımı şərait yaradılıb, hər şey qaydasındadır və yaxşı hazırlıq keçirik. Martın 11-də turnirin təşkil ediləcəyi Xorvatiyada olmağı planlaşdırırıq. Bu da yarış məkanına öyrəşmək və Poreçdə də təxminən 2 gün məşqlərimizi davam etdirməyə hesablanıb”.

Böyük məşqçinin sözlərinə görə, heyətlər bəlli olduqdan sonra rəqibləri də analiz edib, boksçulara ətraflı məlumat veriləcək. Çalışdırıcı hər şeyin plan üzrə getdiyi üçün səfərə böyük ümidlərlə yollanacaqlarını da xüsusi vurğulayıb: “Bildiyiniz kimi, boks yarışları digər növlərlə müqayisədə bir qədər çox çəkir. Avropa çempionatı da 11 günlük uzun marafondur. Hələlik hansı çəki dərəcələrində mübarizə aparacağımızı dəqiqləşdirməmişik. Hər şey təlim-məşq toplanışının gedişindən asılıdır. Çempionata az qalmış səfərə yollanacaq boksçularımızın adları bəlli olacaq. Əsas odur ki, hər bir idmançımız səylə çalışır və ölkə xaricində uğur qazanmaq üçün yorulmadan məşq edirlər”.

N. Abdullayev medalla bağlı proqnoz verməsə də, yığmada yer alacaq hər bir boksçuya böyük ümid bəslədiyini deyib. Onun sözlərinə görə, əsas hədəf Avropa çempionatında Azərbaycanın idman şərəfini layiqincə qorumaq və Bakıya mükafatlarla qayıtmaqdır: “Ad və ya medal sayı açıqlaya bilməyəcəm. Amma komandamıza federasiya rəhbərliyinin də, bizim də ümidimiz böyükdür. Çalışacağıq ki, Poreçdə ən yaxşısını edib, himnimizi səsləndirək və üçrəngli bayrağımızı yüksəklərə qaldıraq. Bir sözlə, komandamızın medallar qazanacağına ümidvarıq”.

Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq. Bir gün sonra yarışa start veriləcək. Qitənin ən güclüsünün adına isə martın 23-də aydınlıq gələcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Voleybol üzrə dünya çempionatı Rusiyadan alınıb

Next Post

Sahibə Qafarova Antalya Diplomatiya Forumuna qatılacaq

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
“Fırıldaqçı deputatlar”: Mehdiyev mənə zəng etdi… – Spiker

Sahibə Qafarova Antalya Diplomatiya Forumuna qatılacaq

Şoyqu: “Rusiya Ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək”

Şoyqu: "Rusiya Ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.