Elchi.az “Milliyet” qəzetinə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri Qara dənizdə sürüklənən minalara görə Bosfor boğazına nəzarəti gücləndirib.
Nəşrin məlumatına görə, boğazda vəziyyət dəniz patrul təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə, həmçinin minaaxtaran və patrul gəmilərinin köməyi ilə dənizdən idarə olunur. Boğaziçi elektro-optik müşahidə sistemləri vasitəsilə də izlənilir.
“Martın 6-da SAS qrupları Boğaziçi boğazının girişində, martın 28-də İğneada və aprelin 6-da Kefkendə tapılan cəmi üç minanı təmizlədi. Oktyabrın 19-da Kırklarelinin Kıyıköy sahillərində tapılan daha bir mina SAS qrupları tərəfindən məhv edilib”, – deyə qəzet yazır.





