
Milyarder Con Poulson Harvardın Mühəndislik və Dəqiq Elmlər kollecinə universitet tarixində rekord sayda, 400 milyon dollar ianə verib.
Avropa.info xəbər verir ki, hadisəyə münasibət bildirən Harvard universitetinin prezidenti deyib ki, bu ianə Harvardı dəyişəcək və onun bütün dünyaya təsirini artıracaq.
59 yaşlı Con Poulson Harvard məzunudur. Maliyyə ehtiyatları 19,5 milyard dollar olan “Paulson & Company” şirkətinin təsisçisidir.
Daha əvvəl “Apple” şirkətinin baş direktoru Tim Kuk bütün sərvətini xeyriyyəçiliyə ayıracağını bildirmişdi.



