"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tez-tez dinini dəyişən milyonçu…

05 Noyabr 2014 - 10:18
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“O, otlarla xəstələri sağaldırdı”cnnt
İlk rəsmi sovet milyonçusunun oğlu: «Atamdan qalan ən böyük miras…»
SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyevin ölümü onun adını bir daha media gündəminə gətirib. Onun oğlu Qalib Əliyev AzadlıqRadiosuna müsahibəsində vaxtilə məşhur olan atasının son günlərindən də söz açıb.
– Atanız ən çox milyonçu, bir də bəstəçi kimi yadda. Siz necə xatırlayırsınız onu?
– Mənim atamın nə milyonçu, nə biznesmen, nə də siyasətçi kimi təqdim olunmasını istərdim. Onun Azərbaycanda dini tolerantlığın təməlini qoyan biri kimi tanıdılması lazımdır. Hamı sual verirdi ki, Cənnət milyonları nə etdi? Atam bezikmişdi bu suallardan. Cənnət Əliyev 1990-cı illərdə bir çox qəlibləri, mental görüşləri sındırdı. Bu, çox ciddi məsələdir. O, xristianlığı qəbul etdi, krişnaizmə kömək göstərdi, sonra yenidən islama qayıtdı.
– Atanızla münasibətləriniz hansı səviyyədə idi?
– O mənim üçün həm ata, həm dost idi. O, qeyri-adi adam idi. Axıradək bir yerdə olmuşuq. Elə qucağımda da keçindi. Onun ölümü mənim üçün böyük itkidir. Tamam başqa bir dünyanın adamı idi. Komplekslərsiz bir insan olub.
– Son dövrlər nə ilə məşğul olurdu?
– İctimaiyyətə görünmürdü. Evdə oturub ibadətlə məşğul idi. Sırf dua, ibadətlə keçinirdi. Bir də hərdən özü üçün xırda-para musiqi yazırdı. Gitara çalırdı. Onun sərhəd hərəkatındakı rolu, digər xidmətləri danılsa da, atam heç kimdən inciməyib. O deyirdi ki, onlarda heç bir günah yoxdur. Bildirirdi ki, bu cür insanlar onun enerjisini qəbul edə bilmirlər. Elə buna görə də onun xidmətlərini danıb, yaxın buraxmayıblar.
– Cənnət Əliyev bir az da qapalı adam təəssüratı bağışlayırdı. Özünə qarşı təzyiqlərdən eyham vursa da, tam açıqlama vermək istəmirdi…
– Bu mövzuda danışmaq artıqdır.
– Uşaqlığınızda imkanlı ailədə böyüsəniz də, sonra tam tərs duruma düşmüsünüz… Uyğunlaşma necə keçirdi?
– Cənnətin yanında olanda, insanda, istər-istəməz, uyğunlaşma prosesi güclü gedir. O, insanda immunitet yaradırdı, axı maddi heç nəyə bağlı deyildi. Atam tək mənə – yeganə övladına bağlı idi. Bu da normal insani hisslərdir. O bu dünyada bir pomidorla da keçinərdi. Məmnun olurdu bu halına. Artıq şey lazım deyildi ona. Onun üçün fərqi yox idi ki, zövqlü yemək yedi, ya sadə.
– Atanız 1990-cı illərin ortalarından Azərbaycanı tərk edib, Rusiyaya qayıtmışdı. Həmin vaxt onun milyonları da yox idi. Nə iş görürdü Rusiyada?
– Atam birdəfəlik getməmişdi. Tez-tez gəlib-gedirdi. Son bir-iki ili Bakıda yaşayırdı. O, Rusiyada xalq təbabəti ilə məşğul idi. Xəstələri cürbəcür otlarla sağaldırdı.
– Bəs, öz xəstəliyi nə idi, ölümünə nə səbəb oldu?
– Yüksək təzyiqdən öldü. Bu xəstəlik yavaş-yavaş yaranmışdı onda. Yüksək təzyiq ağ ciyərinin damarlarını partlatdı. Ölümünə səbəb də bu oldu.
– Cənnət Əliyevin tez-tez dinini dəyişməsi birmənalı qarşılanmırdı. Qohum-tanışın münasibəti necə idi buna?
– Azərbaycan dövləti hər zaman fəxrlə tolerant olduğunu deyir. Heç bir dinin nümayəndəsi o birisini incitmir. Bu mövzuda Cənnətin böyük rolu olmuşdu. Mən fəxr edirəm ki, onun oğluyam. O, şərəfli bir ömür sürdü. O öz həyatında bir neçə insanın yaşam duyğularını və adrenalinini yaşadı. Atamdan qalan ən böyük miras – özünüdərkdir. Bu, məndən ötrü milyonlara dəyər.
Analitik.az
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gələn il Azərbaycanda inflyasiya neçə faiz olacaq?

Next Post

ABŞ-da Teymur Hüseynlinin boğazını kəsib öldürən qatilin məhkəməsi gedir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

ABŞ-da Teymur Hüseynlinin boğazını kəsib öldürən qatilin məhkəməsi gedir

Putinin "sağ əli" müsəlman oldu - (Video)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.