"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milyonların pənah yeri – Avropa

05 Sentyabr 2015 - 10:25
in XƏBƏR LENTİ

Milyonların pənah yeri - Avropa

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Türkiyədə, Egey sahillərində dalğaların vurub sahilə çıxardığı iki azyaşlı oğlanın cəsədinin şəkli milyonları qüssələndirib. İki-üç gündür bütün Avropa, hətta bütün dünya bu acı mənzərədən danışır.
Son beş ildə İraqı, Suriyanı, Liviyanı, Misiri ağuşuna alan vətəndaş müharibələrində bundan da dəhşətli epizodlar olub, bundan da acı fotolar paylaşılıb.
Ancaq insanları o körpə, məsum uşaqların dəniz sahilindəki görüntüləri ağlatdı. Nəyə görə? Ona görə ki, o uşaqlar fotogenik idilər, çöhrələri nurluydu, məsum idilər, görünüşlərindən hansı irqə, hansı millətə mənsub olduqları bilinmir, eləcə şəkillərdən adama duru gözü balacalar baxır.
Milyonlarla insan öz övladını o uşaqların yerinə qoydu və acı çəkdi.
Təkcə bu il Suriyada minlərlə uşaq ölüb, öldürülüb. Bu ölkənin insanları o qədər ağrı-acı, iztirab, məhrumiyyət, məşəqqət çəkiblər ki, artıq dünya başlarına dar gəlir. Adamlar heyvani bir instinktlə balalarını götürüb Suriya cəhənnəmindən xilas olmağa çalışırlar.
Elə dəniz sahilindən meyiti tapılan 3-4 yaşlı qardaşların valideynləri də belə fikirləşirdilər, məhz bu uşaqları xilas etmək üçün əvvəlcə Türkiyəyə sığınmışdılar, sonra Yunanıstanın Kos adasına pənah aparacaq, ordan da Avropaya üz tutacaqdılar.
Olmadı. Binəsib qardaşlar başqa həmvətənləri və həmyaşıdları kimi sağ-salamat şəkildə Avropaya adlaya bilmədilər.
Bir onlar deyil, Suriyada, İraqda səmum yeli kimi sovrulan labüd bəlalardan qaçmaq istəyən yüzlərlə insan ölümlə Aralıq dənizinin ilıq sularında üzləşirlər. Az qala hər gün miqrantları daşıyan bərələrin, gəmilərin, rezin qayıqların dənizdə batdığına dair xəbərlər gəlir.
Avropanın humanist təşkilatları nə qədər həyəcan təbili çalsalar da, nə qədər kömək etsələr də, dövlətləri idarə edənlər qaçqınları kütləvi şəkildə qəbul etmək istəmirlər.
Əslində onları qınamaq mümkün deyil. Milyonlarla qaçqını qəbul edib yerləşdirmək bir ölkə üçün sosial-iqtisadi, eləcə də demoqrafik planda fəlakət deməkdir.
Öz həmvətənlərimizdən ibarət 600-700 min qaçqın-köçkünü yerləşdirəndə bu ölkənin dizi yerə gəlmişdi. Uzun illər İran, Türkiyə kimi qonşu və qohum ölkələrin, Qızıl Aypara və Qırmızı Xaç kimi beynəlxalq təşkilatların köməyi ilə böhran vəziyyətindən birtəhər çıxa bildik.
Ölkəmizdə qaçqın-köçkün problemi hələ də qalmaqdadır. Yəni Avropanın Şərqin bütün dövlətlərindən gələn qaçqınlara həvəslə qucaq açmasını gözləmək sadəlövhlük olar.
İsveçdə yaşayan soydaşlarımız bildirirlər ki, son illərdə təkcə bu ölkəyə bir milyona yaxın qaçqın gəlib. Onların çoxu ərəb-müsəlman ölkələrindən, Afrika dövlətlərindən, Banqladeş, Pakistan və Əfqanıstan kimi Asiya ölkələrindən qaçaraq İsveçə sığınıblar.
Dünya əhalisinin az qala yarısını təşkil edən Çin, Hindistan və İndoneziyada yüz milyonlarla Avropaya qaçmaq, orda yaşamaq istəyən insan var. Bütün dünya ya Avropada, ya da Avropadakı kimi yaşamaq istəyir.
Bu isə mümkünsüzdür. Bütün Avropa dövlətlərin bir yerdə ərazisi Rusiyanın ərazisinin üçdə biri qədər deyil.
Avropanın dünya əhalisinin yarısını özündə yerləşdirmək, yedirtmək, işlə, evlə təmin etmək imkanı yoxdur.
Bütün ölkələrdən daşlanıb qoca qitəyə sığınmaq istəyənlərin arzusu reallaşsa, ümumdünya xaosu qaçılmaz olar.
Buna görə də Avropanı qınamağın yeri yoxdur. Sadəcə, başqa ölkələrdə də Avropadakı firavanlığı, iqtisadiyyatı, dürüst idarəçiliyi, təhlükəsizliyi bərqərar etmək lazımdır. Hər kəs öz doğulduğu ölkədə normal, asudə yaşaya bilsə, kütləvi şəkildə sərhəd qapılarında boynubükük, naçar qalmaz, okeanlarda batıb yırtıcı balıqlara yem olmaz.
Şərqdə qaydadır, danışanda heç kəs “kafir Avropa”nı bəyənmir, pisləyir, lənətləyir, amma cana təhlükə yarananda hamı ora sığınmaq istəyir. Vəziyyət düzələndə isə xüsusi imtiyazlar tələb edir, halal-haram söhbətinə başlayır, avropalıları öz vətənlərində sıxışdırmağa çalışırlar.
Ona görə də bu gün dünya əhalisi dəniz sahillərində meyiti tapılan körpələrdən ötrü üzülə-üzülə belə bir sual səsləndirir: nəyə görə vətəndaş müharibəsi gedən müsəlman ölkələrinin vətəndaşları müharibə getməyən başqa müsəlman ölkələrinə pənah aparmırlar?
Sualın cavabını budur: həmin dövlətlərdə onları istəyən yoxdur. “Müsəlman qardaşlığı” söhbəti boşboğazlıqdır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BƏƏ-nin ən böyük hərbi itkisi- 44 il sonra…

Next Post

Anaları övlad, övladları ana qatilinə çevirən nədir?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Anaları övlad, övladları ana qatilinə çevirən nədir?

Zəlzələ Şəkidə 200-dən çox evə ziyan vurub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.