Bu dəqiqələrdə Azərbaycanda fəaliyyət göstərən türkiyəli prodüser Kemal Cenk İçtənlə həyat
yoldaşı, model və aktrisa Minarə Allahverdiyevanın qız övladı dünyaya gəlib.
Tabloid.az xəbər verir ki, Kemal Cenk İçten qızının ilk fotosunu “Facebook” profilində paylaşaraq, “Canım qızım Məryəm Nur, həyatımıza xoş gəldin”- qeydini yazıb.
Xatırladaq ki, cütlük bu il fevralın 1-də Minarənin doğum günündə ailə qurub. Toyun əlamətdar gündə baş tutmasını Cenk İçtən özü istəyib.
Onu da qeyd edək ki, bu, Minarə və Cenkin ikinci evliliyidir.




