"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Minimum əməkhaqqı və pensiyaların artırılması əhalinin sosial müdafiəsini gücləndirəcək

09 Yanvar 2023 - 21:22
in İQTİSADİYYAT

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 345 manata çatdırılıb. Məlum olduğu kimi, bu artımdan əvvəl ölkədə minimum aylıq əməkhaqqı 300 manat idi. Beləliklə də minimum aylıq əməkhaqqında 15 faiz artım olub. Dövlətin maliyyələşdirdiyi sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə, dövlət sektorunda çalışan 700 min nəfər insan bu artımlardan faydalanacaq.
Bundan başqa, müvafiq Sərəncama əsasən Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılmasına dair təkliflərini 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva Elchi.az saytına müsahibəsində bildirib ki, ümumilikdə 1,9 milyon nəfəri əhatə edəcək bu artımlar əhalinin sosial müdafiəsini gücləndirəcək. İqtisadçı ekspert qeyd edib ki, ikirəqəmli inflyasiyanın (2022-ci ildə inflyasiya səviyyəsi 14,5 faiz olub) fonunda bu artımlar zəruri idi: “Qeyd olunan qərarlar əhalinin həmin qruplarının gəlirlərini artırmaqla onların sosial vəziyyətini yaxşılaşdıracaq. Pensiyaçılar və müavinət alanlar əhalinin həssas və aztəminatlı qruplardan olan insanlardır. Onların sosial müdafiəsinin gücləndirilməsi hökumətin sosial siyasətinin prioritetidir və bu müdafiə tədbirləri davam etdirilməlidir”.
Azərbaycan Respublikasının Prezidenti 9 dekabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”nu da təsdiq edib. Bu Qanunda 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu 246 manat müəyyənləşdirilib. Göründüyü kimi, minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) 40,2 faiz üstələyib.
Azərbaycan Respublikasının Prezidenti 9 dekabr 2022-ci tarixdə “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarı haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Bu Qanunda 2023-cü il üçün ölkə üzrə ehtiyac meyarı 246 manat müəyyənləşdirilib. İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycanda ünvanlı dövlət sosial yardım mexanizmi 2006-cı ildə tətbiq edilib. İlk dəfədir ki, bu il ehtiyac meyarı yaşayış minimumuna bərbarələşdirilib. Bu müsbət haldır. O, bildirib ki, çoxsaylı sosial normativlər (minimum əməkhaqqı, yaşayış minimumu, ehtiyac meyarı və s.) sosial müdafiədə müəyyən problemlər yaradır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa (5.4. maddə) görə “Azərbaycan Respublikasında minimum əməkhaqqı və pensiyaların minimum məbləği mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir”. Hazırki vəziyyətdə artıq həmin hədəfə nail olunub və artıq minimum əməkhaqqı artaraq yaşayış minimumu məbləğini keçdiyindən qanunvericilikdə də müvafiq düzəlişin edilməsinə zərurət yaranıb.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Caliber”: Darda qoymarıq, həm yedirər, həm də kömək edərik – VİDEO

Next Post

Bu tarixdə Kiyevdə Ukrayna-AB sammiti keçiriləcək.

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Bu tarixdə Kiyevdə Ukrayna-AB sammiti keçiriləcək.

Bu tarixdə Kiyevdə Ukrayna-AB sammiti keçiriləcək.

Bu il Qarabağa onlar qayıdacaq – VİDEO

Bu il Qarabağa onlar qayıdacaq - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.