"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Minlərlə istedadlı, vətənpərvər gəncin həyatını alt-üst etdilər”

04 May 2019 - 19:42
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SİYASƏT, SİYASƏT MANŞET


Qüdrət Həsənquliyev: “Zaman keçdikcə, bəzi insanları yaxından tanıdıqca anladım ki, xalq hərakatı şəxsiyyəti və siyasi əxlaqı zədəli, psixi qüsurlu çoxlu siyasi dələduzu üzə çıxarıb, ölkənin ictimai siyasi həyatına gətirib”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy, Qurban Məmmədov Mirmahmud Mirəlioğludan sizinlə hansı səbəblərdən birləşə bilmədiyini soruşub. Bu suala sizin cavabınız da maraqlı olardı. Niyə birləşə bilmirsiniz?

– Ona görə ki, bəzi siyasi məsələlərə və dəyərlərə baxışımızda ciddi fərqlər var. AXCP hakimiyyətdən gedəndən sonra Elçibəy məni özünə müşavir təyin etdi və mən həm də AXCP İdarə Heyətinin üzvü seçildim. Zaman keçdikcə, bəzi insanları yaxından tanıdıqca anladım ki, xalq hərakatı şəxsiyyəti və siyasi əxlaqı zədəli, psixi qüsurlu çoxlu siyasi dələduzu üzə çıxarıb, ölkənin ictimai siyasi həyatına gətirib. Onlar düşüncəsiz qərarları və qeyri etik davranışları ilə xalq hərəkatına qoşulmuş minlərlə istedadlı, vətənpərvər gəncin həyatını alt-üst etdilər. Bu gün də eyni fəaliyyətlərini davam etdirirlər. Ona görə də ölkədə qərb standartlarına uyğun hüquqi dövlət qurmaq üçün iqtidarla normal siyasi münasibətlər qurub yeni nəsil siyasətçilərin formalaşmasını gözləmək lazım idi və mən də bunu etdim. Qurban Məmmədov Londona gedənə qədər onunla da, Mirmahmud bəylə də şəxsi mənada heç bir problemim olmayıb. Amma onlar bəyan etdikləri kimi mənimlə yox, Elçibəyi devirib Mili Qvardiyanın silahsız əsgərlərini güllələtdirən Surətlə bir yerdə ola bilərlər. Budur bu adamların siyasi dünyagörüşü.
– Qüdrət bəy, Əli İnsanovun “Amerikanın səsi”- nə verdiyi müsahibəni necə qiymətləndirirsiniz?
– Həmin müsahibənin qaragüruhçu qüvvələrin verdiyi açıqlamalardan bir fərqi var. O da ondan ibarətdir ki, Qarabağın azadlığı üçün “hədə-qorxu ritorikasından imtina edilməli, problem yalnız və yalnız danışıqlar yolu ilə həll olunmalıdır”. Bu tezis hazırda iqtidara çox lazımdır. Çünki bizim kimi çoxlu insan düşünür ki, Qarabağın işğaldan azad olunması üçün əlverişli şərait var və hakimiyyət qətiyyətli addımlar atmalıdır. Ona görə də son vaxtlar bu tipli çağırışlar artmaqdadır. “Demokratiya olacağı halda Qarabağ ermənilərinin Azərbaycanı seçəcəyini” bəyan etmək isə tapşırığı ıcra etmək çarəsizliyindən qaynaqlanır. Qarabağ uğrunda ən qanlı savaş dünyanın demokrat kimi qəbul etdiyi Ter-Petrosyan və Elçibəyin prezidentliyi dövründə olub. Bu münaqişə bir dövlətin digər dövlətə ərazi iddiasından qaynaqlanır. O zaman qoy bir çoxlarının bəh-bəh dediyi demokrat Paşinyan mövqeyini dəyişsin. O isə əvvəlkilərdən daha sərt mövqe sərgiləyir, işğal altındakı torpaqlarımızı daha sürətlə məskunlaşdırır. Zənnimcə, Əli İnsanov iqtidarla anlaşıb. Əlbəttə kimsə düşünə bilər ki, o ermənipərəst Qərb dairələrinin dəstəyini almaq üçün belə edir. Düşünürəm bunun əsası yoxdur. O halda İnsanov bəyan etməli idi ki, o Azərbaycanı Türkmənistan edəcək.Yalnız bu halda Qərbdən ciddi dəstək ala bilər. Yaxud düşünə bilər ki, xalq müharibə istəmir. O halda da dövlətinin gələcəyini düşünən müdrik dövlət adamının əsas vəzifəsi xalqı müharibəyə hazırlamaq və onu torpaqları uğrunda vuruşmağa məcbur etmək olmalıdır. Tezliklə əlahəzrət zaman mənim nə dərəcədə haqlı olub olmadığımı təsdiq edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İpək Yolunda Qobustan. İncilərin rəqsi” adlı geyim kolleksiyası nümayiş olunub

Next Post

“Kərimli çoxdan ciddiliyini itirib”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
“Kərimli çoxdan ciddiliyini itirib”

“Kərimli çoxdan ciddiliyini itirib”

Ramazan ayı başlayıb

Ramazan ayı başlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.