
Ukraynanın hərbi prokuroru Anatoli Mays bildirib ki, onların əlində separatçılar tərəfə keçən 8 min hərbi qulluqçu və polisin siyahısı var.
Avropa.info xəbər verir ki, onlardan beş min nəfəri hüquq-mühafizə orqanlarının işçisi, üç min nəfəri hərbçidir. Prokurorun sözlərinə görə, onların hamısı məsuliyyətə cəlb olunacaq. Bunun üçün Donbas üzrə vahid hərbi prokurorluq orqan yaradılıb. Orqan Donetsk, Luqansk, Xarkov, Zaporojye əyalətlərində fəaliyyət göstərəcək.



