Belarus ərazisinə silahlı basqın üçün xaricdə terrorçuların hazırlanması ilə bağlı məlumat var.
Elchi.az xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq İdarəsinin rəis müavini Konstantin Bıçek deyib.
“DTK belə terror təzahürlərini qeydə alır. Biz bu çağırışlara hazırıq. Dövlət başçısının tapşırığı ilə müvafiq tədbirlər görülür. Qaçaq terrorçuların və onların arxasında duran kollektiv Qərbin heç bir şansı yoxdur. Bizim ölkədə təhlükəni vaxtında zərərsizləşdirmək üçün kifayət qədər imkanlarımız var”, – o bildirib.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...





