Belarus və İranın müdafiə nazirlikləri anlaşma memorandumu və 2023-cü ilə qədər hərbi əməkdaşlıq planı imzalayıblar.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti müdafiə naziri general-leytenant Viktor Xrenin ilə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiani arasında keçirilən görüşün yekunlarına əsasən bildirib.
“Görüşdən sonra tərəflər Belarus Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrinə Dəstək Nazirliyi arasında cari il üçün anlaşma memorandumu imzalanıb, həmçinin ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub”, – deyə mətbuat xidmətindən bildirilib.
Görüş zamanı müdafiə idarələrinin rəhbərləri beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, həmçinin hərbi sahədə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, Belarus Müdafiə Nazirliyinin rəhbəri İranda rəsmi səfərdədir.
Yeganə






