İsrailin Palmahim çimərliyində Misir ilahəsi Hathorun 3 min illik kiçik heykəli tapılıb.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, heykəlciyi suda İsrail vətəndaşı tapıb. İsrail Qədim Əsərlər İdarəsinin Tunc dövrü üzrə mütəxəssisi Dr. Amir Qolani bildirib ki, dini ibadət üçün istifadə edilən və adətən Misir ilahəsi Hathor ilə eyniləşdirilən bu cür heykəlciklər Son Tunc və Erkən Dəmir dövrü Kənan mədəniyyəti üçün xarakterikdir.
Qəzet yazır ki, xanəlilər o dövrdə bölgəyə hakimlik edən misirlilərin ritual və dini adətlərini mənimsəyiblər. Onlar ev ziyarətgahı kimi ritual heykəlciklərdən istifadə edirdilər. Kiçik zərərlərə baxmayaraq, elm adamları yəqin ki, ilahə Hathordan bəhs etdiyini öyrənə biliblər.
Heykəl gildən hazırlanıb və bu ilahənin bir çox xüsusiyyətlərinə, yəni öküzün buynuzunu təqlid edən saç düzümünə, həmçinin qabarıq gözlərə malikdir.
Qeyd edək ki, Hathor qədim Misir panteonunun əsas tanrıçalarından biri olub. O, musiqi, rəqs, əyləncə ilə əlaqəli qadınların himayədarı, gözəllik və analığın təcəssümü hesab olunurdu.
Yeganə





