"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Misir Prezidentinin Bakıda Azərbaycanın iş adamları ilə görüşü olub – FOTO

27 Yanvar 2023 - 21:52
in GÜNDƏM

Yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü olub.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misir Prezidenti Əbdülfəttah Əs-Sisi görüşdə çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov əminliklə bildirib ki, bugünkü tədbir iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Nazir hazırda dünyada yaşanan iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının 2022-ci ildə sabit inkişaf dinamikası nümayiş etdirdiyini, ümumi daxili məhsulun 4,6 faiz artdığını bildirib. Qeyd edilib ki, bu dövrdə qeyri-neft-qaz sahəsində artım 9,1 faiz təşkil edib, qeyri-neft ixracı 12 faizdən, ölkənin ümumi ixracı 73 faizdən çox artıb.

Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan M.Cabbarov dövlət başçılarının siyasi iradəsinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və genişlənməsində mühüm rol oynadığını bildirib.

Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran nazir deyib ki, Azərbaycanın Afrikada ilk səfirliyi 1994-cü ildə Misirdə açılıb. İki ölkə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla Misir arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd edən Mikayıl Cabbarov bildirib ki, hazırda ölkəmizdə Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir.

“Bununla belə, investisiya sahəsində əməkdaşlığın, qarşılıqlı ticarətin genişləndirilməsi üçün böyük potensial var. İnanırıq ki, Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə təşkil olunan tədbirlər, Azərbaycan-Misir İşgüzar Şurasının yaradılması istiqamətində aparılan işlər bu potensialın reallaşdırılmasına töhfəsini verəcək”, – deyə nazir vurğulayıb.

Mikayıl Cabbarov, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, yaradılan biznes mühitindən, həyata keçirilən yaşıl enerji layihələrindən və dövlətin bu prosesə verdiyi dəstəkdən danışıb.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən Prezident Əbdülfəttah Əs-Sisi Misirin sadiq dostu, bu il 100 illik yubileyi qeyd ediləcək Ümummilli Lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara nail olduğunu vurğulayıb. Prezident deyib ki, ölkələrimizin beynəlxalq ticarətdə əməkdaşlığı çox yüksək potensiala malikdir.

“Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər sahələrə investisiya yatırmaları üçün imkanlar yaratmalıyıq”, – deyə Misir Prezidenti vurğulayıb.

Əbdülfəttah Əs-Sisi əlavə edib ki, ölkələrimizin müxtəlif sahələrdə mövcud olan potensialı və investisiya imkanları araşdırılmalı və reallaşdırılmalıdır.

Görüş müzakirələrlə davam edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ceyhun Bayramov qırğız həmkarı ilə telefonla danışıb

Next Post

Almaniya XİN: Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Almaniya XİN: Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir

Almaniya XİN: Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir

Quterreş səfirliyimizdəki terror aktını qətiyyətlə pisləyib

Quterreş səfirliyimizdəki terror aktını qətiyyətlə pisləyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.