Misir rəhbərliyindən verilən açıqlamada Qəzza zolağına daxil olan gündəlik yanacaq miqdarının 129 min litrdən 189 min litrə yüksəldildiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Misir Kəşfiyyat Xidmətinin rəhbəri Ziya Rəşvan məsələ ilə bağlı yazılı açıqlama verib.
Rəşvan bəyan edib ki, ölkəsi İsrailin hücumları nəticəsində çətin humanitar şəraitdə qəzzalıların yanında olmaq üçün Qəzzaya davamlı humanitar yardım çatdırmaq üçün intensiv səylərini davam etdirir .
Ziya Rəşvan qeyd edib ki, İsrail tərəfi ilə əldə olunan razılaşmaya əsasən Qəzzaya daxil olan yanacağın gündəlik miqdarı 129 min litrdən 189 min litrə qaldırılıb.
Misir Kəşfiyyat Xidmətinin rəhbəri Rəşvan Rəfah Sərhəd Qapısının Qəzza zolağına keçməsinə icazə verildikdən sonra Qəzzaya daxil olan yardım maşınlarının sayının 4 min 57-yə çatdığını bildirib.
Misir administrasiyası “Qəzza zolağı ilə olan Rəfah Sərhəd Qapısı açıqdır və Qəzzada böhran başlayandan bəri heç bir mərhələdə bağlanmayıb” deyə bildirmişdi.
Nuranə Məmmədova





