Misir prezidenti Əbdülfəttah əs-Sisi Qara dəniz təşəbbüsünün iştirakçılarını regionda ərzaq problemlərinin kəskinləşməsinin qarşısını almaq üçün mümkün qədər tez taxıl sazişi üzrə konsensusa gəlməyə çağırıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə misirli siyasətçi Rusiya-Afrika sammitinin plenar iclası zamanı bildirib.
“Bu mövzu ilə bağlı bütün məsələlərə diqqət yetirməklə, ehtiyacı olan ölkələrin ərzaq təminatı problemlərinin təcili və tez həllini tapmaq lazımdır. Təbii ki, taxıl sazişi dediyimiz məsələdə konsensusa gəlmək və lazım olan ölkələrin bütün ehtiyaclarını, eləcə də nəticələrini nəzərə almaq lazımdır” – deyə Sisi qeyd edib.
Bundan əvvəl Misir prezidenti Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb.
“Bizim energetika sahəsində böyük, güclü layihələrimiz var, xüsusən də AES-in tikintisi ilə bağlı məşhur layihəni nəzərdə tuturam və hər şey plana uyğun inkişaf edir”, – deyə Putin görüşdə bildirib.
Havar Şəfiyeva






