Misir və Hindistan Hərbi Hava Qüvvələri Misirin hava məkanında birgə hava təlimləri keçirib.
Elchi.az xəbər verir ki,Misir ordusunun sözçüsü polkovnik Qarip Əbdülhafiz təlimlə bağlı yazılı açıqlama verib.Misir və Hindistan qüvvələrinin ölkəsinin hava bazasında birgə hava təlimi keçirdiyini bildirən Əbdülhafiz, sözügedən təlimin “dost və qardaş ölkələrlə hərbi əməkdaşlıq əlaqələrinin dəstəklənməsi və gücləndirilməsi” çərçivəsində təşkil edildiyini qeyd edib.
Polkovnik Əbdülhafiz bildirib ki, təlim çərçivəsində təcrübə mübadiləsi və havada yanacaq doldurulması da daxil olmaqla bir sıra fəaliyyətlər təşkil olunub.
Bəyanatda təlimin nə vaxt başladığı və hansı aviabazada keçirildiyi barədə məlumat verilməyib.
Nuranə Məmmədova





