Misirin Luksor şəhərində “Tivoli Nil” kruiz gəmisinin batması nəticəsində iki ekipaj üzvündən biri ölüb, digəri isə itkin düşüb.
Kruiz gəmisi Luksorda texniki xidmət zamanı batıb.
Elchi.az xəbər verir ki, Luksor Qubernatorluğundan verilən açıqlamada, batan gəmidəki 2 misirli personaldan biri Həsən Əl-Mağribinin bu gün öldüyü, Əhməd Səidin axtarışlarının davam etdiyi bildirilib.
Luksor qubernatoru Mostafa Alham verdiyi açıqlamada kruiz gəmisinin 2010-cu ildən bəri xidmətdən çıxdığını və qış turizmi üçün saxlanıldığını bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Nuranə Məmmədova




