Misirin şərqində baş verən yol qəzasında ilkin məlumata görə, 12 nəfər ölüb, 30 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Yerli mətbuatın məlumatına görə, Ras-Qreyb şəhərinin şimalında Ez-Zafarana Ghraib yolunda sərnişin avtobusu və yük maşını toqquşub.
İlkin təsbitlərə görə, qəzada 12 nəfər ölüb, 30 nəfər yaralanıb.
Qəza ilə bağlı Misir hakimiyyəti hələlik rəsmi açıqlama verməyib.
Misir Yaxın Şərqdə ən çox yol qəzası baş verən ölkələrdən biri kimi tanınır.
Şayəstə




