Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün keçmiş baş nazir Şərif İsmayılın 67 yaşında vəfat etdiyini açıqlayıb.
Elchi.az xəbər verir, Sisi Qahirədə Şərif İsmayılın dəfn mərasiminin keçiriləcəyini deyib.
Bu yaxınlarda keçmiş baş nazirin ağır xəstə olduğu, lakin ölümünün təfərrüatları məlum deyil.
Xatırladaq ki, Şərif İsmayıl 2013-2015-ci illərdə neft naziri vəzifəsində çalışıb, 2015-ci ilin sentyabrından 2018-ci ilin 14 iyununa kimi Misir hökumətinə rəhbərlik edib.
Yeganə





