Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının fövqəladə sessiyasında iştirak etmək üçün avqustun 24-25-də Ermənistana səfər edəcək.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Tsaghkadzorda planlaşdırılan görüşdə hökumət rəhbərlərinin Aİİ çərçivəsində orta və uzunmüddətli inteqrasiya proseslərinin gələcək inkişafı məsələlərini müzakirə edəcəyi gözlənilir. Tərəflər Aİİ çərçivəsində hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsini, digər ölkələrlə mövcud qarşılıqlı fəaliyyət formatlarının gücləndirilməsini və mümkün tərəfdaşlarla əlaqələrin qurulmasını müzakirə edəcəklər.
Yeganə




