"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MN: Erməni tərəfi öz əlaltılarını ortaya atmaqla onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir

01 Aprel 2019 - 17:47
in MANŞET, SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında guya Azərbaycan Ordusunda neqativ halların mövcud olması ilə bağlı yayılan məlumatı şərh edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı  bildirib ki, Ermənistan ordusunda daim baş verən neqativ halların, o cümlədən hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərin geniş yayılması, qeyri-döyüş itkilərinin sayının durmadan artması, ordunun zəif təminatı və təchizatı, ən yüksək vəzifəli generalından tutmuş əlahiddə bölmənin tağım komandirinədək bütün hərbi qulluqçularının rüşvətxorluğa bulaşması, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın da etiraf etdiyi kimi ordunun kriminal qaydalarla idarəolunması faktlarını beynəlxalq ictimaiyyətdən və erməni əhalisindən gizlətmək və diqqəti yayındırmaq məqsədilə bu ölkənin hərbi rəhbərliyi Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır: “Vaxtilə erməni ordusuna bel, kürək və digər ləvazimatların alınması üçün ondan-bundan maliyyə vəsaiti toplayan, indi isə bu məharətini ABŞ-dakı erməni diasporundan pul dilənməkdə peşəkarcasına nümayiş etdirən müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusuna qarşı çıxış etməkdən başqa heç bir əlacı qalmayıb. Erməni tərəfi öz əlaltıları, ölkəmizdən xaricdə yaşayan bəzi üzdəniraq “hərbi ekspertlər”in qərəzli və həqiqətə uyğun olmayan çıxışlarına istinadən Azərbaycan əsgəri, Ordumuzda həyata keçirilən islahatlar, o cümlədən ali rütbəli hərbi qulluqçularımız barəsində qarayaxma kompaniyasını aktivləşdirməklə onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir. Heç bir real fakta əsaslanmayan, ümumi sözlərlə ifadə olunan xəbərləri yayanların məqsədi güclü Ordumuza və onun vətənpərvər şəxsi heyətinə qarşı Azərbaycan cəmiyyətində inamsızlıq hisslərinin formalaşdırılmasına cəhd etməkdir. Biz bu kimi xəbərləri qəti surətdə təkzib edir, onları qərəzli hesab edir və düşmən təbliğatının tərkib hissəsi kimi dəyərləndiririk. Məlumudur ki, xalq ilə ordu arasında qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin ən əyani nümunəsi Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində keçirilən “Açıq Qapı” günüdür. Yerli icra hakimiyyəti orqanları, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri, əsgər valideynləri və yaxınları hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə tanış olarlar. Bu görüşlərdə qonaqlara Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Ordumuzun silahlanmasına daxil edilən ən müasir silah və hərbi texnika nümayiş etdirilir. Burada iştirak edən vətəndaşlar yaradılmış şəraitə görə hər zaman Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirirlər. Bütün bunlar heç şübhəsiz düşmənlərimizi, o cümlədən onlara bu işlərdə yaxından yardımçı olan üzdəniraq “hərbi ekspertlər”i qıcıqlandırır və onlar əlacsızlıqdan belə qərəzli və iftira xarakterli məlumatlar yaymaqla nəyəsə nail olacaqlarına ümid edirlər. Lakin onların bu ümidləri hər zaman olduğu kimi bu dəfə də boşa çıxacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cahangir Hacıyevlə birgə tutulan şəxslər məhkəmədə dindiriliblər

Next Post

“Kazbek” meyxanasını oxuyan şəxs saxlanıldı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
“Kazbek” meyxanasını oxuyan şəxs saxlanıldı

“Kazbek” meyxanasını oxuyan şəxs saxlanıldı

QMİ nümayəndəsi sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib

QMİ nümayəndəsi sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.