Qəbələ sakini Asim Mustafayev tullantılardan sənət əsərləri yaradır.
Axar.az xəbər verir ki, heykəltəraş-rəssamın əl işləri ilə bağlı video-çarx Yutub şəbəkəsinə yerləşdirilib. Müxtəlif ağac kötüklərindən və başqa materiallardan istifadə etməklə maraqlı heyvan fiqurları yaradan heykəltəraş öz sənətini daha geniş arealda təqdim etmək niyyətindədir.




