Hindistanın baş naziri münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırır.
Hindistan Ukrayna ətrafında vəziyyətlə bağlı neytral mövqe tutmur, lakin sülh, beynəlxalq hüquqa və suverenliyə hörmətin tərəfdarıdır və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün bütün real cəhdləri dəstəkləyir.
Elchi.az tass.ru-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı iyunun 21-24-də ABŞ-a dövlət səfəri edəcək Hindistanın baş naziri Narendra Modi bildirib.
“Mən düşünmürəm ki, bu fikir ABŞ-da çox yaygındır. İnanıram ki, Hindistanın mövqeyi bütün dünyaya məlumdur və anlayış tapır. Hər kəs əmin ola bilər ki, Hindistanın əsas prioriteti sülhdür”, – Modi deyib.
“Bəziləri deyir ki, biz neytralıq, amma neytral deyilik. “Biz sülhün tərəfindəyik. Bütün ölkələr beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmət etməlidir”, – deyən Hindistanın baş naziri bütün münaqişələrin diplomatiya və danışıqlar yolu ilə həll edilməli olduğunu qeyd edib.
Modi vurğulayıb ki, Yeni Dehli “lazım olanı” edəcək və “münaqişəyə son qoymaq və davamlı sülh və sabitliyə zəmanət vermək üçün hər bir real cəhdi” dəstəkləyəcək.
Hindistan və ABŞ arasındakı münasibətdən danışan baş nazir onunla ABŞ prezidenti Co Bayden arasında “görünməmiş etimad”dan danışıb. O, xüsusilə, iki ölkə arasında tərəfdaşlığın “sütunlarından” biri kimi müdafiə sahəsində əməkdaşlığı qeyd edib. O, ticarət, texnologiya və enerjini qarşılıqlı əlaqənin digər mühüm sahələrinə aid edib.
Nuranə Məmmədova





