"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Möhtəşəm villanın yeni sahibi tapıldı

24 İyul 2014 - 18:10
in MARAQLI
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağıimg1608788 İbrahimovun Novxanıda yerləşən villasını satması artıq neçə gündür ki, medianın diqqət mərkəzində olan mövzulardan biridir. Bunun əsas səbəblərindən biri villanın Azərbaycanda tez-tez təsadüf olunmayan bir qiymətə – 4,5 milyon manata satılmasıdırsa, digəri də yeni sahibinin kimliyinin açıqlanmamasıdır.
Villanı tanınmış şəxslərdən birinin aldığı bildirilsə də, onin kimliyi gizli saxlanılıb. Sonradan bəzi media orqanlarında villanın yeni sahibinin biznes-ledi Ruhi Əliyeva olması barədə xəbərlər yayılsa da, bu öz təsdiqini tapmadı. Ruhi “AzPolitika.info”-ya açıqlamasında məlumatı təkzib edərək, ümumiyyətlə bağ evinin olmadığını, övladları ilə birgə Mərdakanda kirayələdiyi bağ evində yaşadığını bildirdi.
Bu gün publika.az-a açıqlama verən Tağı İbrahimov özü də villasını Ruhi Əliyevanın almadığını desə də, kimə satmasını açıqlamayıb: “Mən villamı Ruhiyə satmamışam, Moskvada azərbaycanlı iş adamı var, ona satmışam. Amma villamı alan adamın adını deməyəcəm. Villanı ehtiyacım olmadığı üçün satmışam. Çünki neçə ildir ki, ailəmlə bir yerdə Türkiyədə yaşayırıq, övladlarım da 2 ildir ki, burada yaşayır. Villanı da oğluma hədiyyə etmişdim, o satıb”.
 “AzPolitika” saytının xəbərinə görə, Novxanının demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Bu ərazidə Azərbaycanın ən qüdrətli adamlarının – nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin milyonluq villaları, bağ evləri yerləşir. İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də bizə verilən məlumatlar sırasındadır.
Tağı İbrahimovun keçmiş villasının çöldən görünüşü...
4 mərtəbəli villanın həqiqətən dəyərli, çox möhtəşəm tikilməsi isə elə kənardan da görsənir. Elə buna görə də ATV-dən ayrıldıqdan az sonra villasını satışa çıxaran Tağı İbrahimov, ilkin olaraq bu bağ evi üçün 10 milyon dollar istəyirmiş. Ancaq həmin qiymətə alıcı çıxmadığından villanın qiyməti sonradan aşağı salınıb. Qonşuluqda yaşayanlardan birinin əməkdaşımıza dediyinə görə, son aylarda villa 6 milyon manata satışa qoyulmuşdu. Bu yaxınlarda isə, xəbər verildiyi kmi, 4,5 milyona satılıb. Yəni, Tağı İbrahimovun Novxanındakı bağını və villasını görənlər üçün onun 4,5 milyon manata satılması heç də təəccüblü deyil…
Saytın xəbərinə görə, İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur!

 

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dindar yəhudilərdən Fələstinə dəstək aksiyası – Foto

Next Post

ABŞ-da edam cəzası ölkəni qarışdırdı – Foto

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

ABŞ-da edam cəzası ölkəni qarışdırdı - Foto

ABŞ: “Ukraynada vurulan bütün təyyarələrə görə Putin məsuliyyət daşıyır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.