Moldova Konstitusiya Məhkəməsi ölkə hökumətinin müxalif “Şor” partiyasını qanunsuz birlik kimi tanımaq tələbini dəstəkləyib.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu barədə qərarı Konstitusiya Məhkəməsinin rəhbəri Nikolay Roşka verib.
Partiya üzvləri və onların tərəfdarları Kişinyovda məhkəmə binası yaxınlığında aksiya keçirib. Bu qərarın elan edildiyi vaxt “Şor” siyasi partiyası buraxılmış hesab olunur.
Ədliyyə Nazirliyinə “Şor”un partiyaların reyestrindən çıxarılması tapşırılıb. Konstitusiya Məhkəməsinin qəbul edildiyi andan qanuni qüvvəyə minmiş qərarı qətidir və şikayət verilə bilməz. “Şor” tərəfdarları təbii ki, bu qərardan qəzəbləniblər:
” “Şor” partiyasını qadağan etsələr, mən təklif edirəm ki, biz minlərlə, on minlərlə toplaşaq, parlamentə gedək və parlamentin, ölkəmizin prezidentinin və hökumətinin istefasını tələb edək”, – deyə siyasi assosiasiyanın nümayəndəsi Sergey Burqudji bildirib.
Yeganə






