Moldova Mərkəzi Seçki Komissiyasının rəhbəri Angela Karaman bildirib ki, yerli vaxtla saat 13:20-yə yerli seçkilərin ikinci turunda seçici fəallığı təxminən 20 faiz təşkil edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Karaman Kişinyovda keçirdiyi brifinqdə bildirib ki, seçki siyahılarına daxil olanlar arasından 174 min vətəndaş səsvermədə iştirak edib.
Ölkənin ikinci ən böyük şəhəri Baltidə seçicilərin fəallığı 12,8 faiz təşkil edib – bu rəqəm yekun olsaydı, seçkilər baş tutmuş sayıla bilməzdi. Salçia kəndində isə seçki məntəqələrinə cəmi 4 seçici gəlib.
Yeganə






