Moldovanın Azərbaycanla hansı sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiyi məlum olub.
Elchi.az-ın xəbərinə görə, Şuşada səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Moldova arasında səhiyyə, təhsil və turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.
İ. Qrosu deyib ki, hər iki ölkədə gözəl turizm məkanları və infrastruktur var.
Onun sözlərinə görə, hər 3 sahədə əməkdaşlığı inkişaf etdirmək üçün öncə qanunvericilik sahəsində də bir sıra addımlar atılmalı, bununla da biznesin inkişafı üçün daha əlverişli zəmin yaradılmalıdır.
Moldova parlamentinin sədri yaxın vaxtlarda Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Moldovanın bu sahədə fəaliyyət göstərən İnkişaf Agentliyi arasında görüş keçiriləcəyini də açıqlayıb: “Bu görüş bir ay, maksimum iki ay sonra keçiriləcək və bu, bu sahədə əlaqələrin inkişafı üçün çox yaxşı zəmin yaradacaq”.





