İtaliyanın Monza şəhərinin bələdiyyə məclisi A Seriyasının eyniadlı klubunun çıxış etdiyi stadiona Silvio Berluskoninin adını verməyə hazırdır. Qeyd edək ki, ötən gün vəfat edən İtaliyanın keçmiş baş naziri Monzanın ortaq sahibi olub.
Elchi.az Tass.ru-ya istinadən bildirir ki, məşhur italyan siyasətçi ölkə futbolunun maraqlarına yad deyildi və 1986-2016-cı illərdə “Milan” klubunun sahibi olub.
2018-ci ilin sentyabrında Berluskoni o vaxt İtaliya çempionatının C Seriyasında çıxış edən uzunmüddətli iş ortağı Adriano Qalliani ilə birlikdə Monzanın ortaq sahibi olub. 2022-ci ilin yazında klub ilk dəfə A Seriyasına daxil ola bilmişdi.
İndi Monza şəhər şurası “Brianteo” stadionuna Berluskoninin adının verilməsi ilə bağlı qərar qəbul edib: “Sinyor Berluskoninin adı əbədi olaraq şəhərimizlə bağlı qalacaq, çünki Monza onunla tarixi nailiyyət əldə edib”,-deyə şəhər şurasından bildirilib.
Yeganə





