Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan prezidentinin əfv sərəncamı imzalamasına münasibət bildirib.
Bu barədə o, “twitter” hesabında qeyd edib.
“Azərbaycandan insan haqları ilə bağlı yaxşı xəbər almışıq. Bu, 2 həftə əvvəl Bakıda apardığımız danışıqlardan sonra ruhlandırıcıdır. Biz insan haqları istiqamətində işləməyi davam edəcəyik”, – deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb. (Apa)




