ABŞ dünyadakı lider mövqeyini itirə bilər.
Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqerini söyləyib.
“Mən heç vaxt ABŞ-ı bu dərəcədə bölünmüş və konfliktlərin ağır yükü altında qalmış şəkildə görməmişəm. Dünya lideri rolunu oynamaq istəyən dövlət daxilən möhkəm, özünə əmin olmalıdır. ABŞ-ın hazırda yaşadığı çətinliklər digər ölkələr üçün də destabilizasiya xarakteri daşıya bilər. ABŞ gərək Avropa siyasətinə müdaxilə etməsin”, – deyə o bildirib.



