Siyasətçi “Leopard 2” tanklarının Kiyevə göndərilməsini dəstəkləyib.
Elchi.az xəbər verir ki, Polşanın baş naziri Mateusz Morawiecki İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib ki, Avropa Ukraynada Rusiyaya qalib gəlmək üçün əlindən gələni etməlidir.
Onun sözlərinə görə, Rusiya Federasiyasının məğlubiyyəti həm Polşa, həm də bütün Avropa İttifaqı üçün “həyatın mənasıdır”.
Siyasətçi “Leopard 2” tanklarının Kiyevə göndərilməsini də dəstəkləyib və qeyd edib ki, “heç vaxtdan gec yaxşıdır”.
KP.RU saytının daha əvvəl yazdığı kimi, Almaniya hökuməti Kiyevə 178 birinci nəsil Leopard tankının çatdırılmasını təsdiqləyib. Bu barədə 2023-cü il fevralın 8-də Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Mateusz Morawiecki söz vermişdi ki, Varşava beynəlxalq ictimaiyyətin və Qərb dünyasının Ukrayna problemlərini unutmaması üçün əlindən gələni edəcək və Rusiya Federasiyası ilə münaqişədə Kiyevə fəal kömək edəcək.
Şayəstə





